Dünya çempionu metroda telefon oğrusunu belə zərərsizləşdirdi DETALLAR
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Londonda ciu‑citsu üzrə dünya çempionu bir qadının telefonunu oğurlamağa çalışan şəxsi saxlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə informasiyanı Daily Mail yayıb.
Məlumata görə, 29 yaşlı İvan Skoko görüb ki, qadın vaqona minərkən bir kişi onun smartfonunu əlindən almağa çalışır.
“Çox yüksək səslə qışqırıq eşitdim. Qadın deyirdi ki, onu qarət etməyə çalışırlar,” — Skoko xatırlayır.
15 illik döyüş sənəti təcrübəsinə malik olan İvan dərhal reaksiya göstərib: o, şübhəlini tutaraq yerə yıxıb və ağrı üsulu ilə hərəkətsiz hala gətirib. Saxlayarkən hadisə şahidləri nəqliyyat polisini çağırıblar.
Skoko saxlanma zamanı şəxsin silahı ola biləcəyini düşünüb və ona müqavimət göstərməməyi xəbərdar edib. Axtarış zamanı şübhəlinin kəmərində paslı çəkic və iki smartfon tapılıb.
“Cibində bir şey hiss etdim, bıçaq ola biləcəyini düşündüm”, -İvan əlavə edib.
Böyük Britaniya nəqliyyat polisinin nümayəndəsi bildirib ki, oğru oğurluq və silah saxlama ittihamı ilə həbs olunub.
“Mən həmin qadına kömək etmək üçün reaksiya göstərdim. Cəmiyyət qarşısında bu, mənim borcum idi,” — britaniyalı əlavə edib.(bizim.media)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 Oktyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















