Dünya çempionu MS nin özbək oyunçusu barədə: Çünki kasıb ailədən, yoxsul ölkədən gəlib
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa millisi ilə 1998-ci il dünya çempionatının qalibi Emmanuel Petit "Mançester Siti"nin özbək müdafiəçisi Abdukodir Xusanovla bağlı maraqlı fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, "Manchestr Evening News" onun dediklərini belə təqdim edib:
“O, çox sürətli, sərt oğlandır və döyüşkəndir. O, hücumçular üçün kabusdur. Güclü tərəfləri mübarizliyi, hərəkətliliyi, həm də sürətidir. Bu oğlan elə qəzəblə oynayır ki... O, meydanda hamını “əzmək” istəyir, çünki o, kasıb ailədən, yoxsul ölkədən gəlib”.
Qeyd edək ki, Xusanov İngiltərə kubokunun 1/16 finalında "Leyton Orient" lə matçda "Mançester Siti"nin heyətində ilk qolunu vurub və komandasının qələbəsində (2:1) pay sahibi olub.
Mirağa
Baxış sayı:60
Bu xəbər 11 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















