Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib
Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.
Noyabrın 6-da "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib.
"Operativ Media" xəbər verir ki, ziyafətdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, müxtəlif ölkələrin dini liderləri və dövlət xadimləri iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qonaqlara təşəkkürlərini bildirərək, Sammit çərçivəsində müzakirə olunan məsələlərin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Ziyafət konsert proqramı ilə davam edib.
Qeyd edək ki, noyabrın 5-6-da keçirilən Dini liderlərin qlobal Bakı Sammitində 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 06 Noyabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















