Icma.az
close
up
RU
Dünya düzəni dəyişmə mərhələsindədir MÜNASİBƏT BİLDİRİLDİ

Dünya düzəni dəyişmə mərhələsindədir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın dövlət başçısının Türkiyəyə, Türkiyənin dövlət başçısının Azərbaycana səfərləri artıq davamlı prosesə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bu səfərlərdə hər hansı bir fasilə heç vaxt olmuyub: "Əlbəttə, fasilənin olması da çox ciddi təəccüb doğura bilərdi. Ona görə ki, Türkiyə-Azərbaycan qardaşlığı bu gün dünyada analoq tanımayan bir ikitərəfli əməkdaşlıq modelidir. Dünyada onlarla, bəlkə də, eyni xalqdan, eyni dildən və eyni mədəniyyətdən olan xalqların dövlətləri olsa da, onların heç biri ola bilməz ki, Azərbaycan-Türkiyə qədər milli, dini, tarixi, mədəni eyniliyin üstündə qurulan model qədər uğurlu olmuş olsun.

Türkiyə Azərbaycan qardaşlığının böyük tarixi 1990-cı illərin əvvəlində Naxçıvanda başlayır. Heydər Əliyevin Naxçıvan Ali Məclisin sədri olduğu dövrdə Naxçıvanın problemlərinin həll olunmasında Türkiyənin yaxından iştirakı və verdiyi dəstək ilkin baza rolunu oynadı. Məhz həmin illərdə Qars müqaviləsinin aktuallaşdırılması Naxçıvanın və bütünlüklə Azərbaycanın siyasi hərbi təhlükəsizliyinin mühafizə olmasında böyük rol oynadı ki, bu da sonda Vətən müharibəsində Azərbaycanın qələbəsinə və Şuşa bəyannaməsinə çıxarmış oldu. Azərbaycan-Türkiyə əməkdaşlığı İlham Əliyevin indiki Türkiyə səfərinə xüsusi bir önəm verir".

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bu dəfəki səfəri özünün beynəlxalq və regional münasibətlər nöqteyi-nəzərindən fərqlidir: "Hazırda Türkiyənin özünün apardığı dünya siyasətində xeyli yeniliklər var. Türkiyə-Avropa birliyi münasibətləri,Türkiyə-Amerika münasibətləri , Amerika-Avropa münasibətləri, Amerika-Rusiya münasibətləri və bu kimi digər hadisələr təkcə Türkiyəyə yox, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığına da müəyyən nöqteyi-nəzərdən təsir göstərən hadisələrdir. Belə dəyişikliklər fonunda qlobal və regional baş verən münasibətlərdə dəyişikliklər fonunda Azərbaycan-Türkiyə qardaşlığına yeni tələblər baxımından baxmaq çox vacibdir. Çünki indiki şəraitdə gedən proseslərdə dəyişikliklər Azərbaycan-Türkiyə qardaşlığı qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə şəraitdə Türk dövlətləri təşkilatının gücünün artırılmasına böyük ehtiyac var. Türk dövlətləri arasında iqtisadi ticarət, hətta hərbi təhlükəsizlik əməkdaşlığının gücləndirilməsinə böyük ehtiyac var. Bilir ki, dünya düzəni hazırda çox böyük dəyişmə mərhələsindədir, hətta bu dəyişiklik islahatdan çox, dağılma prosesinə oxşayır. Beynəlxalq münasibətlərdə və beynəlxalq hüquq normalarında çox ciddi aşınma prosesləri gedir. Beynəlxalq güc nisbətləri dəyişilir. Beynəlxalq güc mərkəzlərinin xarakteri dəyişir. Dünyanın böyük güclərinin arasında münasibətləri dəyişir. Belə şəraitdə Türkiyə Azərbaycanın da iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatına xüsusi önəm verilməlidir və Türkiyə Azərbaycan əlaqələrinin gücləndirilməsi Türk dünyasında olduqca faydalı nəticələr qoya bilər. Əgər Türkiyə-Azərbaycan qardaşlığını indikindən də daha artıq dərəcədə inkişaf etdirə bilməsək, yeni dünya düzəni şəraitində bütünlüklə Türk dünyası üçün arzuolunmaz müəyyən təzahürlər meydana çıxa bilər. Yeni dünya üzərində kimin mövqeyinin necə olacağını indidən söyləmək mümkünsüzdür. Amma tək onu demək mümkündür ki, yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı xüsusi mövqeyə sahib olmalıdır ki, bu vəzifənin də yerinə yetirilməsində əsas həlledici fiqurlar Azərbaycan və Türkiyədir.

Bu nöqteyi nəzərdən Azərbaycan Prezidentinin Türkiyəyə sonuncu səfərinə xüsusi bir səfər kimi baxmaq lazımdır. Fikrimcə, bu səfər Azərbaycan və Türkiyə qarşısında, eləcə də Türk Dövlətləri Təşkilatının qarşısında da daha böyük uzaq strateji hədəflərin həllinə yönəlmiş səfər kimi dəyərləndirilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri