Icma.az
close
up
RU
Dünya faydalı qazıntı olmadan yaşaya bilməz

Dünya faydalı qazıntı olmadan yaşaya bilməz

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Müasir dünyanın iqtisadi və sənaye arxitekturası enerji resurslarının davamlı və təhlükəsiz təchizatı üzərində qurulub. Bu müstəvidə Azərbaycan həm regional, həm də qlobal miqyasda mühüm enerji mərkəzlərindən biri kimi öz mövqeyini ildən-ilə daha da möhkəmləndirir. 2026-cı il iyunun 1-də paytaxt Bakıda öz işinə başlayan növbəti Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi də bu reallığı növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Tədbirdə iştirak edən aparıcı beynəlxalq şirkətlərin, dövlət rəsmilərinin və ekspertlərin diqqət mərkəzində dayanan ən mühüm məqam isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli və dərin məzmunlu çıxışı oldu. Dövlət başçısı öz çıxışında qlobal enerji keçidi tendensiyaları fonunda ənənəvi enerji resurslarının roluna toxunaraq, müasir reallıqları əks etdirən son dərəcə obyektiv bir bəyanat səsləndirdi: "Dünya faydalı qazıntı olmadan yaşaya bilməz". Bu tezis təkcə tədbirin deyil, həm də yaxın onilliklərdə bəşəriyyətin üzləşəcəyi iqtisadi-sosial inkişafın əsas fəlsəfəsini formalaşdırır.
Prezident İlham Əliyev öz nitqində Azərbaycanın bu günə qədər icra etdiyi nəhəng transmilli layihələrin xronologiyasına və onların qlobal təhlükəsizliyə verdiyi töhfələrə geniş yer ayırdı. Əsrin müqaviləsi ilə başlayan yolun bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji xəritəsini yenidən formalaşdırdığı diqqətə çatdırıldı. Lakin çıxışın ən aktual və müzakirə doğuran tərəfi planetdə gedən "yaşıl keçid" prosesləri ilə ənənəvi yanacaq növlərinin sintezi məsələsi oldu. Hazırda dünyada ekoloji problemlərin həlli və karbon emissiyalarının azaldılması istiqamətdə ciddi çağırışlar mövcuddur. Azərbaycan da bu çağırışlara fəal şəkildə qoşulan, alternativ enerji mənbələrinin inkişafına milyardlarla dollar investisiya yatıran bir ölkədir. Dövlət başçısı çıxışında bu konteksti xüsusi vurğulayaraq bildirdi ki, ölkəmiz günəş və külək enerjisi layihələri ilə bərpaolunan enerji sahəsində liderlərdən birinə çevrilməkdədir. Lakin bu reallıq heç bir halda ənənəvi karbohidrogen resurslarından tamamilə imtina edilməsi demək deyil və mövcud qlobal sənaye infrastrukturu fonunda bu, yaxın gələcəkdə qeyri-mümkündür.
"Dünya faydalı qazıntı olmadan yaşaya bilməz" yanaşması radikal ekoloji ritorikaya qarşı praqmatik və reallığa əsaslanan bir cavabdır. Prezident İlham Əliyev beynəlxalq birliyin diqqətini ona yönəltdi ki, bəşəriyyətin bugünkü inkişaf səviyyəsi, sənaye istehsalı, nəqliyyat sistemləri və ən əsası, milyardlarla insanın gündəlik həyat təminatı birbaşa neft, qaz və digər faydalı qazıntıların çıxarılmasından asılıdır. İqtisadi reallıqları nəzərə almadan, alternativ mənbələrin hələ tam formalaşmadığı və qlobal tələbatı tam ödəmək iqtidarında olmadığı bir dövrdə faydalı qazıntılara qarşı kampaniya aparmaq dünyanı böyük iqtisadi böhranlara sürükləyə bilər. Azərbaycan lideri vurğuladı ki, neft və qaza sahib olmaq günah deyil, əksinə, bu resurslardan qlobal inkişaf, yoxsulluğun azaldılması və dövlətlərin rifahı üçün ədalətli, şəffaf şəkildə istifadə etmək böyük bir nailiyyətdir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı həm də bir çağırış xarakteri daşıyırdı. Dövlət başçısı istehsalçılarla istehlakçılar arasında qarşılıqlı etimadın və əməkdaşlığın vacibliyini qeyd etdi. Enerji keçidinin təbii və təkamül yolu ilə baş verməli olduğunu, süni təzyiqlərin və siyasiləşdirilmiş qərarların qlobal bazarlarda disbalans yaradacağını diqqətə çatdırdı. Azərbaycan bu gün həm ənənəvi resursların etibarlı tədarükçüsü kimi çıxış edir, həm də əldə etdiyi gəlirləri "yaşıl texnologiyalar"ın tətbiqinə yönəldərək balanslaşdırılmış bir model nümayiş etdirir. Bu baxımdan, Bakıdan verilən mesaj aydın idi: müasir dünya və gələcək nəsillər üçün tərəqqi təmin etmək istəyiriksə, faydalı qazıntıların real gücünü və əvəzolunmazlığını qəbul edərək, eyni zamanda ekoloji məsuliyyəti artırmalıyıq. İlham Əliyevin bu rasional və cəsarətli çıxışı Azərbaycanın qlobal enerji siyasətinin formalaşmasında sadəcə bir iştirakçı deyil, həm də strateji bir beyin mərkəzi olduğunu bir daha təsdiqlədi.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri