Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Son sutkada ABŞ fond bazarlarında artım müşahidə olunsa da, Avropa və Asiya birjaları enişlə bağlanıb.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” 0,91%, S&P 500 0,79% və Nasdaq 0,92% yüksəlib. Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,56% artıb.
Avropada isə eniş üstünlük təşkil edib. FTSE 100 0,19%, “DAX” 0,52%, CAC 40 0,75%, “IBEX” 35 0,36%, FTSE MIB 0,80% və “STOXX Europe” 600 0,44% geriləyib.
Asiya-Sakit okean regionunda da əsas indekslərin əksəriyyəti mənfi zonada bağlanıb. Nikkei 225 0,65%, “TOPIX” 0,22%, Hang Seng 0,16%, “Shanghai Composite” 0,18% və CSI 300 0,40% enib. Bununla yanaşı, “S&P/ASX” 200 0,13% və “NZX” 50 0,23% artım göstərib.
Analitiklərə görə, bazar iştirakçıları əsasən şirkətlərin maliyyə nəticələri, mərkəzi bankların pul siyasəti ilə bağlı gözləntilər və qlobal iqtisadi artıma dair siqnalları qiymətləndirməyə davam etdikləri üçün dünya birjalarında qarışıq dinamika müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 İyul 2026 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















