Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli olub
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Score90" futbol tarixində penaltidən ən çox qol vuran futbolçuların reytinqini dərc edib.
Oxu.Az xəbər verir ki, siyahıda birinci yeri karyerasında 172 penaltini qola çevirən "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu tutur. Onun 31 cəhdi uğursuz olub.
İkinci sırada "Barselona"nın və Niderland millisinin əfsanəvi mərkəz müdafiəçisi, 111 penalti zərbəsini dəqiq yerinə yetirən Ronald Kuman qərarlaşıb. O, cəmi 7 dəfə topu qapı torundan keçirə bilməyib.
Hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi karyerası ərzində penaltidən 109 qol vurub və cədvəldə üçüncüdür. O da əzəli rəqibi Ronaldu kimi 31 dəfə uğursuzluq yaşayıb.
Reytinqin ilk beşliyində İtaliya futbolunun əfsanələri Roberto Baccio və Françesko Totti də yer alıblar. Baccio 100 dəfə penalti vurubsa (18 uğursuz), Totti bunu 86 dəfə (20 uğursuz) etməyi bacarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















