Dünya futbolunda yeni rekord Braziliyalı vinger tarixə düşdü
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Portuqaliyanın "Santa Klara" komandasının oyunçusu Qabriel Silva futbol meydanında ən sürətli sprint üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Portuqaliya çempionatının 33-cü turunda "Famalikao" ilə oyunda (2:1) braziliyalı vingerin sürəti inanılmaz həddə - 40,3 km/saata çatıb.
"O Jogo"-nun "STATSports" izləmə sisteminə istinadən verdiyi xəbərə görə, 23 yaşlı braziliyalı, pik sürəti 39,21 km/saat olan "Nyukasl"ın müdafiəçisi Sven Botmanın əvvəlki nailiyyətini ötüb.
Silva 2022-ci ildən "Santa Klara"da çıxış edir. Bu mövsüm o, 36 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 3 milyon avro qiymətləndirir.
Mirağa
Bu mövzuda digər xəbərlər:“Neftçi”də braziliyalı vinger rəsmi
11 Fevral 2025 00:39
Braziliyalı vinger “Betis”i tərk etdi
01 İyun 2025 00:17
İnter braziliyalı vinger transfer etdi RƏSMİ
07 İyun 2025 14:57
Atletimiz Dünya Oyunlarında tarixə düşdü
22 Sentyabr 2025 21:38
Dünya futbolunda yeni rekord Mərakeşdən inanılmaz performans
15 Noyabr 2025 19:43
Baxış sayı:92
Bu xəbər 14 May 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















