Icma.az
close
up
RU
“Dünya gözləməkdədir...”

“Dünya gözləməkdədir...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu o demək deyil ki, Birləşmiş Ştatlar istənilən istiqamətdə öz mövqelərini tamamilə dəyişəcəkdir...”

“Doğrusu, dünya gözləməkdədir. Belə deyək, ABŞ-da demokratların siyasətinin uzun müddət tənqid altında olması indi öz nəticələrini verib. Amerika seçicilərinin də əksəriyyəti həmin siyasətə etiraz olaraq Trampa səs verdi. Və əgər seçkilər dünya miqyasında keçirilsəydi, bəlkə də digər ölkələrin də seçicilərinin əksəriyyəti demokratların siyasətinə etiraz edərdi. Hər halda belə ehtimallar var. Çünki görürük ki, bəzi ölkələrdə Trampla bağlı müəyyən ümidlər yaranıb. Həmin ümidlər nə qədər əsaslı və ya əsassızdır, gələcək göstərəcəkdir”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Respublikaçı Donald Trampın  ikinci dəfə Birləşmiş Ştatların prezidenti seçilməsindən sonra dünyanın siyasi mənzərəsində baş verən və gözlənilən dəyişiklikləri  necə xaraketrizə edərdiniz?” sualını cavablandırarkən ifadə edib.

“Amma indiyədək demokratların planetin  müxtəlif bölgələrinə öz başa düşdükləri şəkildə müdaxiləsi onlar üçün problemlər, qarşıdurmalar və müharibələr yaratdı. Tramp açıq şəkildə bildirir ki, bizim əsas məqsədimiz belə proseslərin qarşısını almaq olacaq... Əslində demokratların bu cür siyasətinin başlanğıcı hələ Barak Obama dövründən başlanır. Yadınızdadırsa, “ərəb baharı” kimi layihələr vardı. Onların nəticəsini də gördük... Lakin təəssüflər olsun ki, respublikaçılar dövründə də zaman-zaman, o cümlədən ata Buş, oğul Buş dövründə də dünyanın müxtəlif regionlarında müharibələr, qətliamlar baş verdi. İndi görünür ki, bir növ Amerikanın xarici siyasətinin reviziyası mərhələsi, yeniləşmə mərhələsi gedir. Bəşəriyyətin açıq şəkildə III Dünya müharibəsi qarşısında dayanması (səbəbləri, günahkarlar başqa bir mövzudur) və ABŞ kimi hegemon bir dövlətin bunun qarşısını almaqda aciz görünməsi onu göstərir ki, dünyada yeniliklərə həm ümid, həm də tələbat var. O ki qaldı, ABŞ-ın yeni prezidentinin siyasətində sülh üslubuna üstünlük verilməsinə, biz ilk növbədə başa düşməliyik ki, bu o demək deyil ki, hər bir məsələdə Amerika tam fərqli bir mövqe sərgiləyəcəkdir. Yəni sadəcə olaraq ABŞ və ümumiyyətlə, Qərbin siyasətində daha çox danışıqlara üstünlük verilməsi, hansısa maraqların balansının tapılması əsas üslub kimi görünməkdədir. Lakin bu o demək deyil ki, Birləşmiş Ştatlar istənilən istiqamətdə öz mövqelərini tamamilə dəyişəcəkdir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri