Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

“Dünya həlledici məqama çatıb” Münhendə kritik müzakirələr gözlənilir

“Dünya həlledici məqama çatıb” Münhendə kritik müzakirələr gözlənilir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb. O, səfər öncəsi jurnalistlərə açıqlamasında beynəlxalq sistemin ciddi transformasiya mərhələsinə daxil olduğunu bildirib.

Rubionun sözlərinə görə, dünya artıq onun böyüdüyü dünya deyil və yeni geosiyasi reallıq formalaşır: “Dünyanın çox sürətlə dəyişdiyini görürük. Köhnə dünya artıq yoxdur, biz yeni geosiyasi dövrdə yaşayırıq. Bu isə hamımızdan rolumuzu yenidən nəzərdən keçirməyi tələb edir".

Dövlət katibi fevralın 14-də Münhenə gələcək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün mümkün olduğunu desə də, bunun baş tutacağına “yüz faiz” əmin olmadığını vurğulayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə bildirib ki, o da Rubio ilə görüş gözləyir və ABŞ-la yüksək səviyyəli təmasların davam etdirilməsində maraqlıdır.

Sibiqanın sözlərinə görə, müharibənin dayandırılmasında əsas rol Vaşinqtona məxsusdur: “Müharibəni yalnız Tramp, Amerika tərəfi bitirə bilər.”

Rubio isə Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumlarını xatırladaraq qeyd edib ki, Vaşinqtonun sülh təşəbbüslərini davam etdirməsinin əsas səbəbi məhz budur. 

Onun sözlərinə görə, qışın ən sərt dövründə yüz minlərlə insan istilik və işıqsız qalıb: “İnsanlar əziyyət çəkir. İlin ən soyuq vaxtıdır. Əziyyəti təsəvvür etmək belə mümkün deyil".

Təşkilatçıların məlumatına görə, builki Münhen Təhlükəsizlik Konfransı indiyədək keçirilən ən böyük tədbirdir. Konfransda mindən çox nümayəndə, təxminən 50 hökumət başçısı və aparıcı diplomat iştirak edir.

Tədbir qlobal gərginlik fonunda keçirilir. ABŞ-nin İrana mümkün hava zərbələri ehtimalı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dördüncü ilinə yaxınlaşması və NATO daxilində transatlantik münasibətlərlə bağlı qeyri-müəyyənliklər əsas müzakirə mövzularıdır.

Konfrans ərəfəsində keçirilən tədbirdə Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu də diqqətçəkən açıqlama verib.

Onun fikrincə, Avropa müdafiə sahəsində daha müstəqil olmalı, NATO isə “avropalaşdırılmalıdır”. Barrozu Ukraynanın NATO-ya üzvlüyünü real saymadığını bildirib: “Düzü, onlar NATO üzvü olmayacaqlar. Amma Avropa İttifaqının üzvü ola bilərlər. Gəlin bir yolunu tapaq.”

Fevralın 13-də Almaniya kansleri Fridrix Merts konfransı rəsmən açacaq. Onun çıxışının sonrakı müzakirələrin tonunu müəyyənləşdirəcəyi gözlənilir.

Merts son bəyanatlarında Rusiyanın təcavüzü və Vaşinqtonun NATO-ya bağlılığı ilə bağlı qeyri-müəyyənlik fonunda Avropanın hərbi gücünü artırmasının vacibliyini vurğulayıb.

O, yanvar çıxışlarından birində bildirmişdi ki, Avropanın səsi yalnız “güc siyasətinin dilini mənimsədikdə və Avropa özü gücə çevrildikdə” eşidiləcək.

Tədbir “Gərgin dünyada körpülər salmaq” adlı səhər müzakirəsi ilə başlayacaq. Ardınca “Güc olmadan qaydalar? Avropanın geostrateji imkanlarının inkişafı” paneli keçiriləcək.

Günün əsas müzakirəsi isə “Qırılma nöqtəsi: İslahat və dağıntı arasında beynəlxalq düzən” adlanır.

Rubio isə Münhenə yola düşməzdən əvvəl bildirib ki, narahat avropalılara verəcəyi mesajın müsbət qarşılanacağına əmindir. Dövlət katibini ABŞ senatorlarından ibarət geniş, ikipartiyalı nümayəndə heyəti müşayiət edir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Fevral 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri