Dünya interneti İranın nəzarətinə keçir
Icma.az, Axar.az saytına istinadən bildirir.
İran Hörmüz boğazının dibi ilə keçən beynəlxalq internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşır.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, iddialara əsasən, Tehran bu tələblər yerinə yetirilməyəcəyi halda kabellərin kəsilməsi variantını da gündəmə gətirir. Məlumatda bildirilir ki, söhbət qlobal internet trafikinin mühüm hissəsini daşıyan strateji kommunikasiya xətlərindən gedir.
Qeyd olunur ki, müasir dünyada sualtı internet kabellərinə mümkün müdaxilə yalnız rabitə problemi yaratmır. Bu xətlər üzərindən bulud texnologiyaları, beynəlxalq ödəniş sistemləri, məlumat mərkəzləri və süni intellekt infrastrukturu da fəaliyyət göstərir.
Məlumata görə, Hörmüz boğazından keçən kommunikasiya xətlərində yaranacaq mümkün böhran qlobal internet sisteminə və dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 May 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















