Icma.az
close
up
RU
Dünya iqtisadiyyatında artan Çin gücü ABŞ ni narahat edir RƏY

Dünya iqtisadiyyatında artan Çin gücü ABŞ ni narahat edir RƏY

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər dünya iqtisadiyyatının əsas gündəmi ABŞ-nin xarici ticarət siyasətindəki dəyişikliklər, xüsusilə də tarif siyasətidir. Vaşinqton bir tərəfdən bəzi ölkələrə qarşı tətbiq etdiyi rüsumlarda güzəştlərə gedir, digər tərəfdən isə Çinə qarşı daha sərt xətt yürütməkdə davam edir
Politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Donald Tramp birinci prezidentliyi dövründə də Çinə qarşı iqtisadi müharibəyə başlamışdı və hazırda da bu proses davam etməkdədir:
“Tramp üçün bir iqtisadçı kimi öz ölkəsinin maraqlarının təmin olunması önəmli əhəmiyyət kəsb edir və dünya iqtisadiyyatında artan Çin gücü ABŞ-nı narahat edir. Əvvəlki dövrdə əgər Çin ucuz işçi qüvvəsi sayəsində malların və məhsulların istehsalında fəal iştirak edərək ABŞ-da daxil olmaqla dünyanın önəmli şirkətlərini özünə cəlb etmişdisə, zaman ötəndən sonra Çin qlobal iqtisadiyyatda önəmli yer almağa başladı. Bu da ABŞ-nın iqtisadi gücünü və nüfuzunu sarsıdırdı. Ona görə də dollar siyasətinin yaratdığı üstünlüklər və qlobal ticarətdə ABŞ üstün mövqe nəticəsində müxtəlif rüsumlar və tariflər tətbiq etməyə başladı. Hazırda elə bir vəziyyət yaranıb ki, ABŞ-nın özü də Çinlə qlobal rəqabətin aparılmasını istəmir. Çünki bu, ABŞ iqtisadiyyatına da böyük zərbələr vurur. Lakin buna baxmayaraq, bu gərginliyin Tramp tərəfindən davam etdirilməsinin şahidiyik”.
O əlavə edib ki, Çin də daxil olmaqla dünyanın bir sıra dövlətlərinə qarşı ABŞ-nın bu cür sərt iqtisadi siyasəti mövcuddur:
“Hesab edirəm ki, bu rüsum müharibəsi, tarif gərginlikləri heç bir nəticəyə gətirib çıxartmasa da dövlətlər arasında rəqabəti gücləndirəcəkdir. Bu da özünü siyasi, hərbi və o cümlədən texnoloji sahədə göstərir.  Çünki dövlətlər xarici bazarlardan öz ehtiyaclarını təmin etmək üçün malların alınmasının qarşısına alır. Bu da dünya bazarında yeni texnologiyaların, yeni informasiya-komunikasiya sahəsində yanaşmaların, süni intelektin inkişafının daha da genişlənməsinə gətirib çıxaracaqdır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see294

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see155

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see138

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see136

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see134

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see131

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see130

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see128

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see126

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see125

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see125

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see125

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see124

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see123

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri