Icma.az
close
up
RU
Dünya istidən qovrulduğu vaxt burada rekord şaxta qeydə alındı: 84 dərəcə

Dünya istidən qovrulduğu vaxt burada rekord şaxta qeydə alındı: 84 dərəcə

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Mətbuatı oxuyanda belə təəssürat yaranır ki, Yer kürəsində əsl temperatur cəhənnəmi yaşanır. Avropa istidən qovrulur, Şərqi və Cənubi Asiyada isə ölümcül isti ilə bağlı yeni rekordlar qeydə alınır. Bütün bu qlobal anomal istilərin fonunda isə Yer kürəsində son illərin ən aşağı temperatur göstəricilərindən biri qeydə alınıb. Paradoksal səslənsə də, bu, həqiqətdir.

Lent.az xəbər verir ki, “New York Post”un yazdığına görə, ötən ay Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alınıb. Antarktidadakı “Konkordiya” tədqiqat stansiyasında iyulun 18-də temperatur -84,1 dərəcə Selsiyə düşüb. Uzaq ərazidə yerləşən stansiyada bu şaxtalı göstərici eyni gecə iki dəfə – səhər saat 06:25-də və 06:34-də qeydə alınıb.

Bu temperatur 2012-ci ildən bəri Yer kürəsində qeydə alınan ən aşağı göstərici olub. Həmin il Şərqi Antarktidadakı Rusiyanın “Vostok” stansiyasında temperatur -84,2 dərəcəyə enmişdi.

Antarktidanın daxili buz örtüyündə yerləşən “Konkordiya” elmi-tədqiqat stansiyası sahildən təxminən 965 kilometr uzaqda və dəniz səviyyəsindən təxminən 3200 metr yüksəklikdə yerləşir. Stansiya nəhəng buz örtüyünün ən soyuq nöqtələrindən birində fəaliyyət göstərir.

Cənub yarımkürəsində qış aylarına təsadüf edən bu dövrdə temperatur adətən -80 dərəcədən aşağı düşür. Lakin iyulda qeydə alınan minimum göstərici hətta bu ərazi üçün də normadan daha soyuq olub.

“Konkordiya” stansiyasının rəhbəri Qabriele Karuqati bildirib ki, qışda aylarla günəş işığı olmur, atmosfer son dərəcə quru və sabit qalır. Səma açıq olduqda isə buludlar olmadığı üçün istilik fasiləsiz şəkildə kosmosa yayılır və temperatur inanılmaz dərəcədə aşağı düşə bilir.

Onun sözlərinə görə, son minimum göstəricilər Antarktida havasının hələ də nə qədər dəyişkən ola bildiyini göstərir.

İtaliyalı alim əlavə edib ki, hətta ekstremal soyuqların adi hal sayıldığı “Konkordiya”da belə temperaturun -84 dərəcədən aşağı enməsi diqqətçəkən hadisədir.

“Konkordiya”da Yer kürəsinin ən sərt soyuqlarından bəziləri müşahidə olunur. Stansiyanın təcrid olunmuş ərazidə yerləşməsi isə onu hava və atmosfer proseslərinin öyrənilməsi üçün ideal məkana çevirir.

Qış aylarında buraya təyyarə uçuşları mümkün olmur. Ən yaxın elmi-tədqiqat mərkəzi isə 595 kilometrdən çox məsafədə yerləşən Rusiyanın “Vostok” stansiyasıdır.

Ekspertlərin sözlərinə görə, “Konkordiya”da çalışan tədqiqat qrupu texniki baxımdan hətta Beynəlxalq Kosmik Stansiyadakı astronavtlardan daha çox təcrid olunmuş vəziyyətdədir. Çünki Beynəlxalq Kosmik Stansiya Yer səthindən təxminən 400 kilometr yüksəklikdə orbitdə hərəkət edir.

“Konkordiya” stansiyasında indiyədək qeydə alınan ən aşağı temperatur -84,2 dərəcə olub. Bu rekord 2010-cu ilin qışında müəyyən edilib.

Yer kürəsində rəsmi olaraq qeydə alınmış ən aşağı temperatur isə -89,2 dərəcədir. Bu göstərici 1983-cü ilin iyulunda “Vostok” stansiyasında qeydə alınıb.

Bununla belə, peyk məlumatları göstərir ki, Şərqi Antarktidanın bəzi hissələrində temperatur daha da aşağı, təxminən -97,8 dərəcəyə qədər enə bilər.

Belə ekstremal soyuqlar əsasən buz örtüyünün zirvəsinə yaxın ərazilərdə yerləşən dayaz çökəkliklərdə müşahidə olunur. Alimlərin fikrincə, məhz bu ərazilərdə hava Yer kürəsində təbii şəraitdə mümkün olan ən aşağı temperatur həddinə qədər soyuyur.

Bu şaxtalı rəqəmlər Şimal yarımkürəsinin rekord istilər və son meşə yanğınları səbəbindən həm məcazi, həm də sözün əsl mənasında alova büründüyü bir dövrdə qeydə alınıb.

Hətta Antarktidanın özü də bu proseslərdən sığortalanmayıb. “New York Post”un yazdığına görə, ötən ay Şimali Antarktidanın Triniti yarımadasında yerləşən Argentinanın “Esperansa” bazasında qış mövsümü üçün rekord yüksək temperatur qeydə alınıb: -50,94 dərəcə Selsi.

Tədqiqatçılar bildirirlər ki, okean sularının temperaturunun yüksəlməsi nəticəsində Antarktida aşağıdan əriməyə başlayıb. Bu proses şelf buzlaqları üçün ciddi təhlükə yaradır, dəniz səviyyəsinin qalxmasını sürətləndirə və bütün dünyada ağır iqlim nəticələrinə səbəb ola bilər.

Hətta ötən ilin fevralında ABŞ-ın şimal-şərqini və Yeni İngiltərə bölgəsini həyati təhlükə yaradan sərt küləklər bürüdükdən sonra Nyu-Yorkda hava Antarktidanın bəzi ərazilərindən daha soyuq olub.

Qabriele Karuqati bildirib ki, iqlim dəyişikliyinin və bunun nəticəsində temperatur dəyişikliklərinin gələcək təsirlərini dəqiq proqnozlaşdırmaq çətindir. Onun sözlərinə görə, son vaxtlar qeydə alınan rekord aşağı temperaturlar Yer kürəsində iqlim baxımından müsbət tendensiyanın başladığını göstərmir.

“İqlim dəyişikliyi uzunmüddətli qlobal tendensiyaları ifadə edir. Ayrı-ayrı hava hadisələri isə hələ də istisna dərəcədə kəskin soyuqlara səbəb ola bilər. Antarktida mürəkkəb atmosfer proseslərinin təsiri altındadır. Buna görə də müəyyən bir ərazidə qeydə alınan ekstremal aşağı temperatur qlobal istiləşmənin ümumi mənzərəsi ilə ziddiyyət təşkil etmir”, – deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri