Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb “Qarabağ” 10 pillə irəlilədi
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 499 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 143,5 xalla 114-cü pillədə qərarlaşıb.
Əvvəlki siyahıda “Qarabağ” 124-ci pillədə yer alırdı.
Qeyd edək ki, “Qarabağ”dan başqa Azərbaycanın daha 3 klubu reytinq cədvəlində yer alıb. “Zirə” 94,5 xalla 233-cü, “Sabah” 69 xalla 360-cı, “Araz Naxçıvan” isə 58,75 xalla 454-cü sırada qərarlaşıb.
Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 490 xal;
2. “Barceloma” (İspaniya) – 434 xal;
3. “İnter” (İtaliya) – 390 xal;
4. “Arsenal” (İngiltərə) – 365 xal;
5. “Liverpul” (İngiltərə”) – 346 xal;
Bundan əlavə, siyahıda Türkiyənin “Fənərbağça” klubu 27-ci, “Qalatasaray” klubu isə 40-cı sırada yer alıb.

Qarabağ dünya klublarının reytinq siyahısında 12 pillə geriləyib
11 Noyabr 2024 10:15
“Qarabağ” reytinq siyasında 5 pillə irəlilədi
10 Dekabr 2024 10:52
Dünya klublarının reytinq cədvəli: Qarabağ və Zirə GERİLƏDİ, Sabah isə...
11 Mart 2025 15:28
Mnifutbol klublarının reytinq cədvəli açıqlanıb
11 Yanvar 2025 13:45
Qarabağ 10 pillə irəlilədi, Sabah 16
11 May 2025 13:06

