Dünya Kubokuna ən çox kim ev sahibliyi edib? 2030 cu ildə altı ölkədə və üç qitədə keçiriləcək
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
FIFA Dünya Kuboku idman tarixinin ən böyük və ən nüfuzlu futbol turniri hesab olunur.
Yeniavaz.com xəbər verir ki, 1930-cu ildə Uruqvayda keçirilən ilk mundialdan bu günə qədər yarış müxtəlif qitələrdə təşkil olunub və zaman keçdikcə təkcə idman hadisəsi deyil, həm də qlobal iqtisadi və mədəni fenomenə çevrilib.
Dünya Kubokuna ev sahibliyi etmək ölkələr üçün beynəlxalq nüfuzun artırılması, turizm potensialının genişləndirilməsi və infrastrukturun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tarixə nəzər saldıqda məlum olur ki, Meksika FIFA Dünya Kubokuna ən çox ev sahibliyi edən ölkədir. Ölkə 1970 və 1986-cı illərdə mundialı qəbul edib, 2026-cı ildə isə ABŞ və Kanada ilə birlikdə turnirə üçüncü dəfə ev sahibliyi edəcək. Bununla da Meksika Dünya Kuboku tarixində bu rekorda imza atan ilk ölkə olacaq.
Bundan başqa, İtaliya (1934, 1990), Fransa (1938, 1998), Almaniya (1974, 2006) və Braziliya (1950, 2014) hər biri iki dəfə Dünya Kubokunu təşkil edib. Argentina, İspaniya, Cənubi Afrika, Rusiya və Qətər isə mundiala bir dəfə ev sahibliyi edən ölkələr sırasındadır.
FIFA növbəti iki dünya çempionatının ev sahiblərini də rəsmən təsdiqləyib. 2030-cu il Dünya Kuboku İspaniya, Portuqaliya və Mərakeşin birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirin 100 illiyi münasibətilə isə bir oyun Uruqvay, Argentina və Paraqvayda baş tutacaq. Beləliklə, 2030-cu il mundialı altı ölkədə və üç qitədə keçirilən ilk Dünya Kuboku kimi tarixə düşəcək.
2034-cü il FIFA Dünya Kubokuna isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. Qərar 2024-cü ilin dekabrında FIFA-nın fövqəladə Konqresində təsdiqlənib. Bununla da Səudiyyə Ərəbistanı Qətərdən sonra Yaxın Şərqdə müstəqil şəkildə Dünya Kubokunu qəbul edən ikinci ölkə olacaq.
Bu mövzuda digər xəbərlər:Dünya Kubokuna ən çox hansı ölkələr ev sahibliyi edib?
22 İyun 2026 10:28
Mərakeşin stadionları 2030 Dünya Kubokuna ev sahibliyi üçün ən güclü namizədlərdən birinə çevrilib
20 Dekabr 2024 15:34
Ərzurum Dünya Kubokuna ev sahibliyi edəcək FOTOLAR
23 Fevral 2026 13:48
Bakı dörd Dünya Kubokuna və Avropa Kubokuna ev sahibliyi edəcək in GİMNASTİKA TƏQVİMİ
21 Yanvar 2026 12:03
2030 cu il Dünya çempionatı ilk dəfə 6 ölkədə keçiriləcək
20 İyul 2026 09:41
Baxış sayı:137
Bu xəbər 28 İyun 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















