Dünya liderləri 7 yaş QOCALIB
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya ölkələrinin liderlərinin orta yaşı artıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Economist" jurnalında dərc edilən məqalədə bildirilib.
Qeyd olunur ki, 2025-ci ilə gedən dünya liderləri, orta hesabla, həmişəkindən daha yaşlıdırlar. Son 50 ildə dünyanın bütün ölkələrinin liderlərin orta yaşı 55-dən 62-yə yüksəlib.
1982-ci ildən Kameruna rəhbərlik edən Pol Biyan dünyanın ən yaşlı lideridir. O, hazırda 91 yaşındadır.
Məqalə müəllifi vurğulayır ki, son 50 ildə tibb sahəsində inkişaflar liderlərə daha uzun yaşamağa imkan verib.
Nəşr bildirir ki, liderlərin yaşlı olması problem deyil: "Ancaq yaşla birlikdə fiziki və zehni olaraq yavaşlama qaçılmazdır. Tədqiqatlar göstərir ki, yaşlı siyasətçilər gənclərin ehtiyacları ilə daha az maraqlanır və uşaqların rifahına daha az, yaşlılar üçün isə daha çox pul xərcləyirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 30 Noyabr 2024 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















