Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Dünya liderləri: Azərbaycanın COP29a hazırlığı yüksək səviyyədədir

Dünya liderləri: Azərbaycanın COP29a hazırlığı yüksək səviyyədədir

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur.

Publika.az xəbər verir ki, yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Əziz Qardaşım adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.

Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb. Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyini vurğulayaraq ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıb.

Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. “Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə, biz nəticələr əldə etməliyik”, - deyə Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb.

Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.

Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni sammitdəki çıxışında səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin problemlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend Azərbaycan hökumətinin və “Azərkosmos”un təmsil etdiyi təşkilatla imzaladığı iki memoranduma görə təşəkkürünü bildirib.

Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell COP29-un “Yaxşı COP” kimi yadda qalacağına əminliyini ifadə edib.

Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte rəhbərlik etdiyi fonda əlçatanlığın təmin olunması istiqamətində ciddi tədbirlər gördüklərini diqqətə çatdırıb.

İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru İbrahima Şeyx Dionq Fondun fəaliyyətə başlamasında Azərbaycanın liderliyini vurğulayıb və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.

Xatırladaq ki, noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Bəyannamənin qəbul edilməsi COP29 Azərbaycan Sədrliyinin növbəti uğurudur.

(Azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Noyabr 2024 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri