Icma.az
close
up
RU
Dünya liderləri Azərbaycanın COP29a hazırlığını yüksək qiymətləndirirlər

Dünya liderləri Azərbaycanın COP29a hazırlığını yüksək qiymətləndirirlər

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur.
Bizim.Media xəbər verir ki, yüksək səviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.
COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Əziz Qardaşım adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.
Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb.
Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyi vurğulayaraq, ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.
İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıb.
Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. “Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə, biz nəticələr əldə etməliyik”, - deyən Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb.
Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksək səviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.
 

Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni sammitdəki çıxışında səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin problemlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.


Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend Azərbaycan Hökumətinin və “Azərkosmos”un təmsil etdiyi təşkilatla imzaladığı iki memoranduma görə təşəkkürünü bildirib.
Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell COP29-un “Yaxşı COP” kimi yadda qalacağına əminliyini bildirib.
Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte rəhbərlik etdiyi fonda əlçatanlığın təmin olunması istiqamətində ciddi tədbirlər gördüklərini bildirib.
İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru İbrahima Şeyx Dionq Fondun fəaliyyətə başlamasında Azərbaycanın liderliyini vurğulayıb və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.Xatırladaq ki, noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Bəyannamənin qəbul edilməsi COP29 Azərbaycan sədrliyinin növbəti uğurudur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri