Icma.az
close
up
RU
Dünya liderləri ya Putindən çəkinir, ya da ona xidmət edirlər Deputat

Dünya liderləri ya Putindən çəkinir, ya da ona xidmət edirlər Deputat

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Tramp hələ birinci prezidentliyi dönəmindən Baydenin və ailə üzvlərinin korrupsiya cinayətlərinin işıqlandırılması barədə öz aralarında olan söhbəti açdığı üçün Zelenskiyə qəzəbli idi. O zaman buna görə demokratlar Trampa impiçment elan olunması məsələsini gündəmə gətirdilər”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Trampın Zelenskini diktator adlandırması və ona olan münasibətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Bayden ailəsi haqqında məlumatlar sözsüz ki, Rusiyada da olmamış deyildi. “Həmin vaxt Zelenskinin birmənalı mövqe sərgiləməməsindən Bayden də tam razı qalmamışdı və həm buna görə, həm də ola bilsin Rusiyaya işlədiyi üçün ona kömək etmədi”, - o qeyd edib.

Deputat bildirib ki, Zelenski təcrübəsizliyindən özünü və ölkəsini iki böyük güc arasına qarşıdurmanın iştirakçısına çevirmişdi: “Həm də cəsarət nümayiş etdirib qaçmadığı və Qərb liderləri üçün “başağrısına” çevrildiyinə görə ona daha çox nifrət edirlər, nəinki Putinə. Zelenskinin növbəti səhvi ABŞ-yə və Avropadakı müttəfiq hesab etdiyi ölkələrə hədsiz güvənməsi oldu. Bu səbədən də Rusiya ilə münasibətləri yumşaltmadı və ölkəsini müharibədən yayındıra bilmədi. Halbuki, o, 2014-cü ildə Budapeşt memorandumunu imzalamış ölkələrin Ukraynaya verdiyi dəstəyin nədən ibarət olduğunu görmüşdü. O, Qərb ekspertlərinin aforizmə çevrilmiş “ABŞ ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” deyimini də, ABŞ-nin Əfqanıstandan dovşan qaçışını da nəzərə almadı. İndi isə növbəti dəfə müdriklik nümayiş etdirə bilmədi və Trampa ona hücum etmək üçün bəhanə verdi. O, ABŞ maliyyə nazirini nəinki qəbul etmək üçün gözlətməməli, onu dəmiryol vağzalında qarşılamalı və nadir metalların istismarına dair sazişi elə orada da imzalamalı idi. Çünki Ukraynaya ABŞ-nin dəstəyi həyati əhəmiyyətlidir. Xatırlayırsınızsa bir vaxtlar böyük dövlət adamı Heydər Əliyevə deyirdilər ki, o əlverişsiz şərtlərlə “Əsrin müqaviləsini” imzalayıb. Bugünkü, torpaqlarını işğaldan azad etmiş Azərbaycan daha çox həmin qərara borcludur. Tramp hakimiyyətdə əbədi qalmayacaq, müqavilənin şərtlərinə gələcəkdə baxmaq da olardı. Təəssüf ki, liderlərin səhvlərinin ağır nəticələrini sadə vətəndaşlar yaşayır”.

Deputat əlavə edib ki, hazırda Tramp ciddi təhlükəsizlik təminatı vermədən atəşkəsə nail olmaq istəyir. “ABŞ 1994-cü ildə eyni qaydada, Ukraynanı təhdid edərək, ciddi təhlükəsizlik təminatı vermədən Budapeşt memorandumunu ona imzalatdırdı, onun nüvə silahını əlindən aldı. Hazırda ikinci belə sənəd imzalatdırmaq istəyir. Açıq deyilməlidir, Tramp qarışıq bütün dünya liderləri, Putindən çəkinir, bəziləri isə ona xidmət edir. Rusiya böyük nüvə dövlətidir”, - Həsənquliyev qeyd edib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri