Icma.az
close
up
RU
Dünya mətbuatı III Qlobal Media Forumundan yazdı FOTO

Dünya mətbuatı III Qlobal Media Forumundan yazdı FOTO

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırmaqda davam edir.

Bakupost.az xəbər verir ki, Çinin Sinxua agentliyinin “Azərbaycan Prezidenti Çinlə qarşılıqlı etimadın yüksək səviyyəsini alqışlayıb” sərlövhəli məqalə dərc edib. Yazıda qeyd olunub ki, Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, son dövrlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə dəfələrlə görüşmək imkanı olduğunu, bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində keçirilən görüşlərdə iki mühüm sənədin – ötən il “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığını bildirib. Azərbaycanın dövlət başçısı diqqətə çatdırıb ki, bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir.

Çinin “Sina”, “Finance.sina”, “Quança”, “163.com” və digər qəzet və portallarında dərc olunan məqalələrdə qeyd olunub ki, Prezident İlham Əliyev bir neçə gün öncə ümumvətəndaş pasportları ilə Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin tamamilə aradan qaldırıldığı, Azərbaycanın isə bir il əvvəl Çin vətəndaşları üçün viza rejimini ləğv etdiyi barədə məlumat verib, bu addımın xalqlarımız, tələbələrimiz və iş adamlarımız arasında təmasların daha da intensivləşməsinə səbəb olacağını vurğulayıb.

Məqalələrdə xüsusi olaraq qeyd edilib ki, Prezident İlham Əliyev Azərbaycanla Çinin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Bakının Tayvan və digər məsələlər ilə bağlı Pekinin mövqeyini müdafiə etdiyini bildirib. O, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair böyük planların olduğunu, artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan ərazisindən Qərbə konteyner qatarları göndərildiyini diqqətə çatdırıb. “Biz Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü əvvəldən dəstəkləmişik və bu məqsədlə ölkəmizdə uyğun nəqliyyat-logistika infrastrukturunu hazır etmişik”, -deyə Azərbaycan Prezidenti vurğulayıb.

Çin mediası dövlətimizin başçısının Ermənistanla davam edən sülh prosesi, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakının mövqeyi barədə fikirlərinə də geniş yer ayırıb.

Yaponiya mətbuatı da Prezident İlham Əliyevin çıxışını geniş işıqlandırıb. Gündoğan ölkəsinin “Tokio-np”, “Newseveryday”, “Sankei Sinbun”, “Newspick”, “Okinawatimes”, “47News”, “Net Nihonkai” qəzet və portallarında Prezident İlham Əliyevin AZAL aviaşirkətinə məxsus təyyarənin Rusiya səmasında vurulması, bu insidentlə bağlı qarşı tərəfin hələ də heç bir məntiqli açıqlama verməməsi fikirləri yer alıb. Yapon mediasının xəbərlərində qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı Moskvanın həlak olanların ailələlərinə və yaralanan şəxslərə, həmçinin AZAL-ın təyyarəsinə görə təzminat ödəməsi tələbini irəli sürüb. Dövlətimizin başçısının aşağıdakı sözləri sitat gətirilir: “Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

Yapon mediası Prezident İlham Əliyevin Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına dair rəsmi Bakının mövqeyini də işıqlandırıb. Materiallarda Azərbaycanın dövlət başçısının sülh müqaviləsinin Ermənistan konstitusiyasına dəyişiklik edilən və ATƏT-in Minsk qrupunun buraxılan kimi imzalana biləcəyini vurğuladığı qeyd olunub.

Fransa mətbuatı da III Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb. “Euronews” və “RFI” media orqanlarının xəbərlərində də əsas diqqət dövlətimizin başçısının AZAL aviaşirkətinə məxsus təyyarənin Rusiya səmasında vurulması, bu insidentlə bağlı rəsmi Bakının mövqeyinə yönəldilib. Materiallarda vurğulanıb ki, Azərbaycan bu məsələ ilə əlaqədar beynəlxalq məhkəmə sisteminə müraciət etmək niyyətindədir. Rəsmi Bakı Rusiyadan həlak olanların ailələrinə və yaralananlara təzminat ödənilməsini tələb edir.

Macarıstan mediasında dərc olunan materiallarda da Prezident İlham Əliyevin çıxışının əsas məqamları yer alıb. “Economx.hu”, “Liner.hu”, “hvg.hu” informasiya portallarında dərc olunan materiallarda da dövlətimizin başçısının AZAL-a məxsus təyyarənin vurulması, bu insidentlə bağlı Azərbaycanın mövqeyi haqqında fikirləri yer alıb.

Vyetnamın “Vietnam-plus”, “Vnexpress”, “Laodong”, “Plo.vn”, “Vo.vn”, “Baonga” qəzet və portallarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında nizamlanma və sülh sazişinin imzalanmasına dair fikirləri yer alıb. Qeyd olunub ki, Azərbaycan dövlət başçısı Əbu-Dabidə keçirilən görüşün nəticələrini şərh edərkən bildirib ki, sülh sazişi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılmasından sonra imzalana bilər. Materiallarda, həmçinin dövlətimizin başçısının AZAL-a məxsus təyyarənin vurulması, bu insidentlə bağlı Azərbaycanın mövqeyi haqqında fikirlərinə yer verilib.

Çilinin “El-periodista”, “El-vinotinto, “İnoticias” informasiya portallarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb. Diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin Ermənistan ilə sülhə yaxın olduğunu bildirib, amma İrəvanın bu prosesdə daha konstruktiv rol oynamasının, eyni zamanda, kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının zəruriliyini vurğulayıb. Materiallarda, həmçinin dövlətimizin başçısının AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması, bu insidentlə bağlı Azərbaycanın mövqeyi haqqında fikirləri də təqdim olunub.

Hindistanın “Hindustan Times”, “Firstpost”, Tourguidence” qəzet və portallarında da Prezident İlham Əliyevin çıxışındakı əsas məqamlara yer ayrılıb. Əsas diqqət AZAL-a məxsus təyyarənin vurulması və 38 sərnişinin həlak olması ilə nəticələnən bu insidentlə bağlı dövlətimizin başçısının fikirlərinə yönəldilib. Qeyd olunub ki, Prezident İlham Əliyev bu hadisə ilə bağlı Bakının Rusiya tərəfindən hələ də cavab almadığını bildirib və hadisənin tanınmasını, təqsirkarların məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə təzminat ödənilməsini tələb edib.

İsveçrənin “Swissinfo” nəşrinin dərc etdiyi “Azərbaycan təyyarə qəzası ilə əlaqədar Rusiyadan təzminat tələb edir” sərlövhəli məqalədə dövlətimizin başçısına istinadla qeyd olunur ki, Azərbaycan yeddi aydır Rusiya tərəfdən heç bir aydın cavab almayıb. Azərbaycanın Baş prokuroru Rusiya Təhqiqat Komissiyasına sorğular göndərir, lakin cavab olaraq yalnız “istintaq davam edir” ifadəsi alınır. Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət etmək niyyətindədir.

Pakistanın “İslamabadpost” nəşri isə III Qlobal Media Forumu haqqında geniş hesabat dərc edib. Məqalədə Prezident İlham Əliyevin çıxışından əsas məqamlar – Azərbaycan-Ermənistan sülh prosesi, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-logistika layihələri, beynəlxalq və regional məsələlərlə bağlı fikirlərinə geniş yer verilib. Vurğulanıb ki, 52 ölkədən 140 qonağın iştirak etdiyi bu forum işğaldan azad edilmiş Xankəndidə keçirilir və beynəlxalq dialoqun gücləndirilməsi platforması kimi rəmzi əhəmiyyətə malikdir.

BƏƏ-nin “Şarjah24” qəzeti və rəsmi WAM xəbər agentliyində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin ABŞ-la qarşılıqlı fəaliyyətə dair bəyanatı ön plana çıxarılıb. Qeyd olunub ki, Azərbaycanın lideri Bakı ilə Vaşinqton arasında münasibətlərdə müsbət dinamikaya diqqət çəkib və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə görə Donald Trampa təşəkkür edib. Yazılarda, həmçinin dövlətimizin başçısının beynəlxalq və regional münasibətlərlə, Əbu-Dabi görüşünün nəticələri ilə bağlı fikirləri də yer alıb.

Kubanın “Prensa Latina” qəzetində dərc olunan “Bakı təyyarə qəzasına görə Moskvaya qarşı iddia hazırlayacaq” sərlövhəli materialda qeyd olunur: “Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələr qarşısında iddia qaldırmaq üçün sənədlər hazırladığını qeyd edib. Prezidentin sözlərinə görə, Azərbaycanın Baş prokuroru ötən ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbərinə sorğular göndərir, lakin yeganə cavab budur ki, “istintaq davam edir”.

İordaniyanın “Petra”, Filippinin PNA rəsmi agentlikləri, Honkonqun “Bau” informasiya portalı, Venesuelanın “El radio del Sur”, “Prensa Latina”, Tayvanın “New talk” qəzet və portalları da Azərbaycan Prezidenti İlham Əliyevin III Qlobal Media Forumundakı çıxışının əsas məqamlarını işıqlandırıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 İyul 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri