Dünya nəhəngindən Barış Alper bombası
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Arsenal"ın Barış Alper Yılmazı izləmək üçün xüsusi nümayəndə göndərdiyi və mövsüm sonunda rəsmi təkliflə "Qalatasaray"ın qapısını döyəcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, "Arsenal"ın idman direktoru Andrea Berta "Fənərbaxça" derbisini tribunadan izləyərək 25 yaşlı futbolçunun performansını canlı təqib edib.
İngiltərə klubunun rəsmilərinin Barış Alperə tam xal verdiyi bildirilir.
"Arsenal"ın mövsüm sonunda transfer üçün rəsmi danışıqlara başlaması planlaşdırılır.
Futbolçu ilə yalnız "Arsenal" deyil, Fransanın "Monako" klubu da yaxından maraqlanır.
Mövsümün əvvəlində Səudiyyə Ərəbistanından gələn 35 milyon avroluq təklifin isə rədd edildiyi xatırladılıb.
Futbolçunun müqaviləsində onun keçmiş klubu olan "Keçiörəngücü"nə satışdan 20% pay verilməsi maddəsi var.
"Qalatasaray" rəhbərliyinin bu maddə ilə bağlı yaxın günlərdə keçmiş klubla görüşəcəyi gözlənilir.
Yaxınlaşan Dünya Kuboku faktoru da futbolçunun transfer dəyərini daha da artıra biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 May 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















