Icma.az
close
up
RU
Dünya nizamı necə dəyişir? VİDEO

Dünya nizamı necə dəyişir? VİDEO

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya nizamı dövlətlərin arasındakı münasibətləri, onların beynəlxalq arenada necə davranmasını müəyyən edən qayda və normaların cəmidir. Həmin qayda və normalar isə öz növbəsində cari qüvvələr balansına əsaslanır.

Bu barədə Baku TV-nin "Yekunlaşdıraq" verilişində danışılır:

Dünya nizamı necə dəyişir? - VİDEO

"Dolayısı ilə dünya nizamının əsasında hansısa hüquqi və mənəvi prinsiplər deyil, planetdəki real qüvvələr balansı dayanır. Əgər balans dəyişərsə, nizam da dəyişməlidir. Bu prosesin gedişində beynəlxalq hüquq həmişə reallıqdan geri qalır. Yəni əvvəlcə qüvvələrin balansı dəyişir. Sonra yeni yaranmış şəraitdə oyun qaydalarını müəyyən edənlər beynəlxalq hüququn yeni normalarını formalaşdırırlar".

Dünya nizamının dəyişməsinin ən məşhur tədqiqatçılarından biri milyarder investor Rey Daliodur. Verilişdə Dalionun Münhen Təhlükəsizlik Konfransının nəticələrinə dair şərhindən sitat gətirilir:

"Beynəlxalq münasibətlər dövlətin daxili siyasətindən fərqlənir. Ölkənin daxilində qanunlar, məhkəmələr, polis, məcburetmə mexanizmləri var. Beynəlxalq sistemdə belə şeylər yoxdur. Orada hər şeyi güc müəyyən edir. Əgər dünyada hansısa ölkə güclənərək qabağa çıxırsa, qaydaları məhz o formalaşdırır".

"Dalioya görə, hazırda dünyanın yeni nizama keçidi tarixin qanunlarına uyğun baş verir. Belə ki, hər bir yeni nizamın ömrü altı mərhələdən ibarət olur. 1945-ci ildə qurulan Potsdam sisteminin əsasında yaradılmış beynəlxalq nizam həmin altı mərhələnin sonuncusunu başa vurmaq üzrədir.

Bunu artıq ayrı-ayrı liderlər də başa düşür və etiraf edirlər. Ona görə də hamısı müharibəyə hazırlaşır. Çünki bu mərhələ çox təhlükəlidir. Müharibələrin çoxu rasional hesabdan və plandan yox, qorxudan - qarşı tərəfi qabaqlamaq istəyindən doğur.

Rey Dalio indiki vəziyyəti 1930-cu illərlə müqayisə edir. Həmin illərin maliyyə böhranı bütün dünyanı ağır vəziyyətlə üzləşdirmişdi. Nəticədə aparıcı ölkələrdə iqtisadiyyatı hərbi relslərə keçirən liderlər hakimiyyətə gəlmişdilər. Ardınca iqtisadi millətçilik başlamışdı. 1930-cu illərdə ABŞ-də "Smoot-Hawley" qanunu ilə idxala yüksək gömrük tarifləri tətbiq edilmiş, digər ölkələr də analoji cavab vermişdilər. Tarif müharibələri başlamış, bu isə iqtisadi müharibəyə gətirib çıxarmışdı. 1940-41-ci illərdə ABŞ Yaponiyaya neft embarqosu tətbiq etmişdi.

Bütün bu əlamətlər dünya nizamının son mərhələsi üçün səciyyəvidir. Rey Dalio indi də dünyada oxşar hadisələrin yaşandığına, eyni mərhələnin təkrarlandığına diqqət yönəldir. Onun fikrincə, dünya nizamının dəyişməsi dövri prosesdir. Bundan qaçmaq mümkün deyil", - deyə verilişdə vurğulanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Fevral 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri