Icma.az
close
up
RU
Dünya onu bu görüntüsü ilə tanımışdı 9 il sonra ortaya çıxdı Video

Dünya onu bu görüntüsü ilə tanımışdı 9 il sonra ortaya çıxdı Video

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2016-cı ildə Hələbə hava hücumundan sonra dağıntıların altından sağ çıxarılan və dünya mətbuatının gündəminə düşən suriyalı uşaq illər sonra yenidən görüntülənib.

“Qafqazinfo” “Newarab”a istinadən xəbər verir ki, həmin hadisə zamanı 5 yaşı olan Ümran Dakneş bu günlərdə Dəməşqdə Əsəd rejiminin devrilməsinin birinci ildönümünə həsr olunmuş tədbirlərin birində çıxış edib.

“Deyirlər ki, mən bombardmandan və mühasirədən sağ çıxmışam... Amma heç nə xatırlamıram. Qəlbimdə bir boşluqla böyümüşəm. Bilmirəm, bu qorxu idi, ya kədər... Öz hekayəmi yalnız videogörüntülərdən öyrənmişəm. Özümü toza batmış halda görmüşəm. Lakin qələbədən sonra mənim də həyatıma işıq gəlib”, - deyə 14 yaşlı Ümran söyləyib.

Tədbirdə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və digər yüksəkvəzifəli şəxslər də iştirak ediblər. Əhməd əl-Şaraa yeniyetmənin çıxışından sonra ona yaxınlaşaraq başından öpüb və qucaqlayıb.

Xatırladaq ki, 2016-cı ildə Suriyada müxalifət qüvvələrinin nəzarətində olan Əl-Katerji məhəlləsində hökumət və Rusiyaya məxsus təyyarələr tərəfindən həyata keçirilən hava hücumu zamanı 5 yaşlı Ümran Dakneşin yaralandığını əks etdirən görüntülər mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş yayılmış və viral olmuşdu. Sonradan o, Suriyada vətəndaş müharibəsinin simvoluna çevrilmişdi.

Ötən il dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdikdən sonra Prezident Bəşər Əsəd ölkəni tərk edib. Daha sonra onun və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub. Bununla da, Suriyada 61 il hakimiyyətdə olan “Baas” rejimi devrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri