Icma.az
close
up
RU
Dünya Putin və Netanyahunu niyə dayandıra bilmir? Elə səbəblər var ki...

Dünya Putin və Netanyahunu niyə dayandıra bilmir? Elə səbəblər var ki...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) və digər özünü tərəqqipərvər kimi təqdim edən dövlətlər Rusiyanın Ukraynaya qarşı işğalçı hücumunun qarşısını almaq məqsədilə bir araya gəldiklərini nümayiş etdirirlər. Lakin artıq 3 il 8 aydır ki, bu səylər nəticə vermir. Rusiya ordusu Ukraynanın dərinliklərinə qədər irəliləyib, böyük ərazilər işğal altındadır. Şəhərlər, kəndlər yerlə-yeksan edilib, milyonlarla insan doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Hər gün günahsız insanlar Rusiyanın hücumları nəticəsində həyatını itirir.

İsrail Baş naziri Benyamin Netanyahu isə demək olar ki, eyni hərbi-siyasi strategiyanı tətbiq edir. Qəzzanı və bütövlükdə Fələstini bombalamaqla kifayətlənməyərək, indi Qətərin ərazisinə də hücum edir. Ərəb ölkələri də Aİ ölkələri kimi təşkilatlanaraq İsrailin bu hərəkətlərinə qarşı çıxacaqlarına dair bəyanatlar versələr də, hücumlar dayanmır.

Bəs dünya Putini və Netanyahunu niyə dayandırmır? Sözügedən münaqişələrin qarşısı niyə alınmır?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, hazırkı dönəmdə beynəlxalq münasibətlər sistemində müharibələrin davamlı xarakter alması, diplomatiyanın bu gərginliklərin qarşısını almaqda aciz qalması, dövlətlərarası münasibətlərdə geosiyasi maraqların və güc faktorunun humanitar prinsiplərdən üstün tutulduğunu göstərir:

“Hazırda realizm, liberalizmi üstələyir. Əhəmiyyətli məsələlər diplomatiya yolu ilə deyil, güc vasitəsilə həll olunur. Bəzən güc ən effektiv vasitə kimi çıxış edir. Ermənistan nümunəsində bunun şahidi olduq. Uzun illər beynəlxalq qətnamələrə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi işğal altında qaldı. Nəhayət, rəsmi Bakı güc yolu ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edə bildi”.

Politoloq həmçinin vurğulayıb ki, Azərbaycanla Rusiya-Ukrayna müharibəsini eyniləşdirmək doğru deyil. Çünki Azərbaycan işğala məruz qalan tərəf idi, halbuki bu müharibədə Rusiya hücum edən tərəfdir:

Rusiya Ukraynanın ərazilərini işğal edir və Ukraynanın NATO-ya yaxınlaşması bəhanəsi ilə bu addımı atdığını bildirir. Eyni zamanda Ukraynadan hərbi təhdidə məruz qalacağını diqqətə çatdırır. Halbuki Ukraynadan Rusiyaya qarşı hərbi təhdid olmayıb. Bu səbəbdən Kremlin addımı beynəlxalq hüquqa ziddir. Dünya isə bu işğalın qarşısını ala bilmir. Beynəlxalq institutlar ikili standartlar tətbiq edir və münaqişələrin qarşısını almaqda aciz olduqlarını ortaya qoyur”.

Sultan Zahidov

İsrailin siyasətinə gəldikdə isə S.Zahidov bildirir ki, bu ölkənin Yaxın və Orta Şərqdəki davranışları da aqressiv elementlər daşıyır. Lakin bu müharibə də Rusiya-Ukrayna münaqişəsi ilə eyniləşdirilməməlidir:

“2023-cü ildə İsrail hücuma məruz qalan tərəf idi. 1200-dən çox günahsız israilli öldürüldü, çox sayda insan əsir götürüldü. İsrail üçün HƏMAS legitim hədəf sayılırdı və onun məhv edilməsi milli təhlükəsizlik baxımından prioritet kimi dəyərləndirilirdi. HƏMAS-a dəstək verən ölkələrə qarşı tədbir görmək də İsrail üçün realpolitik baxımından qaçılmaz idi. Bu çərçivədə İsrail Livan, Suriya və Yəmənə də hücumlar həyata keçirdi.

İsrailin müharibə siyasəti özünü müdafiə kimi təqdim edilsə də, ölkənin beynəlxalq aləmdə təcrid vəziyyətinə düşməsi və dünyanın ən radikal hökumətlərindən birinin hakimiyyətdə olması bu siyasətin sərtliyinə təsir göstərir.

İsrailin qarşısının alınmaması isə əsasən ABŞ faktoru ilə bağlıdır. Rəsmi Vaşinqtonun bölgədəki mövqeyi Yaxın və Orta Şərqdə, eləcə də dünyanın digər bölgələrində bir çox ölkənin proseslərə təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri