Icma.az
close
up
RU
Dünya səyyahları Qarabağ Universitetində olublar

Dünya səyyahları Qarabağ Universitetində olublar

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Dünya səyyahlarının Qarabağa səfəri çərçivəsində növbəti dayanacaq Xankəndi şəhəri olub.
Demokrat.az xəbər verir ki, səyyahlar əvvəlcə Xankəndi şəhərinin mərkəzində olublar. Daha sonra onlar Qarabağ Universitetinə gələrək, ali təhsil ocağının fəaliyyəti və məqsədləri barədə məlumat alıblar. Qeyd olunub ki, Qarabağ Universiteti beynəlxalq əhəmiyyətə malik, çağdaş texnologiyalarla təchiz olunmuş müasir ali təhsil müəssisəsidir. Qonaqlara universitetin binası, infrastruktur imkanları, akademik proqramları və inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib.
Səyyahlar Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, tədris proqramları və qəbul imkanları ilə yaxından tanış olublar.
Daha sonra Qarabağ Universitetinin akt zalında səyyahların və universitet tələbələrinin iştirakı ilə görüş keçirilib.
Çıxış edən Qarabağ Universitetinin Tədqiqat və İnnovasiya Mərkəzinin direktoru Ceyhun Məmmədov qonaqlara universitetin fəaliyyəti, məqsədləri və inkişaf istiqamətləri barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti elmi tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq sahəsində regionda mühüm rol oynayacaq.
ETIC (Extreme Traveler International Congress) səyyahlar klubunun rəhbəri Kolja Spori çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük uğurlar qazanıb. O, Qarabağ Universitetinin yaradılmasını yüksək qiymətləndirərək bildirib ki, bu təhsil ocağı bölgənin elmi və mədəni dirçəlişinə mühüm töhfə verəcək. Kolja Spori, həmçinin Qarabağda aparılan bərpa və tikinti işlərinin miqyasına heyran qaldığını qeyd edib.
Belçikanın Leuven Universitetinin Kulak İdarə Heyətinin sədri Patrick Maselis Qarabağ Universiteti ilə əməkdaşlığın Avropa akademik dairələri üçün yeni imkanlar açacağını vurğulayıb.
İrlandiyalı səyyah Richard Donovan isə Qarabağda gedən sürətli yenidənqurma prosesinin onu dərin təsirləndirdiyini bildirib. Qeyd edib ki, Qarabağ Universitetinin yaradılması böyük tarixi əhəmiyyət daşıyır, çünki bu ali məktəb regionun intellektual potensialını gücləndirəcək və gənclər üçün yeni üfüqlər açacaq.
Digər çıxış edənlər də Qarabağ Universitetinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar, həmçinin Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə təəssüratlarını bölüşüblər.
Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri