Icma.az
close
up
RU
Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə

Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Musiqi dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin ən həzin, ən səmimi universal sənət dilidir. Bu sənət dili vasitəsilə yazıb-yaradan incəsənət xadimlərimiz məhz möhtəşəm əsərləri ilə şöhrət  qazanmışlar. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri,  AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti” , Xalq artisti, professor Firəngiz Əlizadə həm fitri istedadı, həm də insani keyfiyyətləri ilə seçilən sənətkarlardandır. Firəngiz Əlizadənin mahir pianoçu, bəstəkar, dirijor, bir çox elmi məqalələrin müəllifi, pedaqoji və  ictimai xadim kimi fəaliyyəti xüsusi qeyd olunmalıdır. 

Firəngiz Əlizadə hələ təhsil aldığı illərdən Qərb bəstəkarlarının əsərlərinin fəal təbliğatçılarından biri kimi mötəbər beynəlxalq festivallarda Vətənini fəxrlə təmsil edərək böyük nailiyyətlər qazanmışdır. O. Messianın, C.Keycin, C.Krambın əsərləri ilk dəfə məhz onun ifasında səslənmişdir.  Müasir musiqinin fəal təbliğatçısı olan Firəngiz Əlizadənin təşəbbüsü ilə ilk dəfə Bakıda müasir musiqi festivalı keçirilmişdir. 

Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra bəstəkar müxtəlif musiqi janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir.  O, “İntizar” (“Qarabağnamə”),  “Ağ atlı oğlan haqqında əfsanə”, “Sənin adın dənizdir” operalarının, “Boş beşik” və “Optical Identity” baletlərinin, “Al Kamandjaty” misteriyasının, “Ölümsüzlüyə səyahət” oratoriyasının, simfonik orkestr üçün “Nağıllar”, “İthaf”, kamera orkestri üçün “Dəniz”, “İmpromtu-Crossings” əsərlərinin, instrumental konsertlərin, “Üç suluboya” vokal silsiləsinin, kamera ansamblı üçün “Miraj”, “İtirilmiş zaman axtarışında”, violonçel və fortepiano üçün “Habil Sayağı”, solo violonçel üçün “Aşk havası”, “Dərviş” septeti, “Abşeron” kvinteti, “NASİMİ-Passion” – solo-bariton, xor və simfonik orkestr üçün, “Zəfər marşı” – xor və simfonik orkestr üçün, “NİZAMİ Cosmology” – böyük simfonik orkestr və elektron səslər üçün, “Şövq” – violonçel, zərb və  simli orkestr üçün konsert, “Farewell” (“Əlvida”) – simli kvartet  və s. əsərlərin müəllifidir.

Azərbaycan musiqisini xarici ölkələrdə müvəffəqiyyətlə təmsil edən Firəngiz Əlizadə Almaniya, İngiltərə, ABŞ, Hollandiya, İsveç, Fransa, İtaliya, Polşa, Rusiya və b. ölkələrdə keçirilən nüfuzlu festivallarda həm bəstəkar, həm pianoçu, həm də münsiflər heyətinin sədri kimi çıxış edir. 

Həmçinin bəstəkarın əsərləri sərhədləri aşaraq dünyanın mötəbər səhnələrində səslənir, tanınmış ifaçıların və nüfuzlu kollektivlərin – Berliner Filarmonik, Kronos-Kvartet, Yo-Yo Ma, Evelin Qlenni, Hilari Hann və bir çox başqalarının ifasında  tamaşaçılara təqdim olunur. 

“Varşava payızı” festivalında bəstəkarın “Habilsayağı” əsəri böyük müvəffəqiyyət qazanmış, ABŞ-ın Los-Anjeles şəhərində  müəllif konserti keçirilmiş, Türkiyənin Mersin  şəhərində “Boş beşik”  baleti tamaşaya qoyulmuşdur. Danimarkada keçirilən “Rudersdal konserter” festivalı çərçivəsində “İmpromtus” triosu ifa edilmiş, gitara üçün “Fantaziya” əsərinin yeni duet versiyasının, kvintet üçün “Xəzər” əsərinin Avropa premyerası olmuşdur. Bundan başqa, tanınmış pianoçu Pal Eiden Firəngiz Əlizadənin “Music for piano” əsərini ifa etmiş və  müxtəlif ölkələrdə kompakt-disklərə yazdırmışdır.

Londonun möhtəşəm “Pool” konsert zalında bəstəkarın  simfonik orkestr üçün “Nizami fəzası” əsərinin premyerası ukraynalı dirijor Kirill Karabitsin rəhbərliyi altında Böyük Britaniyanın “Bournemouth Symphony Orchestr”inin ifasında böyük uğurla keçərək tamaşaçıların rəğbətini qazanmışdır. Qeyd etmək lazımdır ki, Avropada və Amerikada məşhur olan dirijor Kirill Karabits bu konsertdə “Şərqdən səslər” devizi altında zəmanəmizin 3 görkəmli bəstəkarının -- Q.Qarayevin “Yeddi gözəl” baletindən süitanı, D.Şostakoviçin 12 saylı simfoniyasını və öz dahi müəllimlərinin ənənələrini yaşadan Firəngiz Əlizadənin “Nizami fəzası”  əsərini konsert proqramına daxil edərək, vahid ənənə və varislik xəttini davam etdirmişdir. 

Simfonik orkestr üçün “Nağıllar” əsəri Fransanın Monpelye şəhərində böyük uğurla səslənmişdir. Əsər “Opera Berlioz” zalında V.A.Mosart və P.İ.Çaykovskinin musiqisi ilə yanaşı təqdim olunmuşdur. Bu simfonik lövhə Amerikanın Minneapolis şəhərində  maestro Kirill Karabitsin rəhbərliyi altında Minnesota orkestrinin ifasında da səslənmişdi.

74-cü “Aldeburgh Festival”ında macar bəstəkarı Dyerd Ligetinin  anadan olmasının 100 illiyi ilə əlaqədar əsərlərin premyerası “The Red Hause”-da Ligeti Quartetin ifasında səslənmişdir. İngilis musiqiçiləri tərəfindən Firəngiz Əlizadənin D.Ligetinin yubileyinə həsr etdiyi – “Fanfares for Ligeti” əsəri böyük dinləyici  auditoriyasına yüksək səviyyədə təqdim edilmişdir. 

Firəngiz Əlizadənin  “Müqavimət” əsəri Almaniyanın Bamberq, Münhen və Dortmund şəhərlərində Lahav Şaninin rəhbərliyi ilə böyük simfonik orkestrin ifasında səslənmiş, silsilə konsertlərin davamı olaraq bəstəkarın “Oasis” və “Dance” əsərləri Monreal şəhərində Kanadanın məşhur “Molinari” kvartetinin ifasında təqdim olunmuşdur.

1989-cu ildə “Musik und Gesellschaft”  jurnalında qeyd olunurdu ki, Firəngiz Əlizadənin musiqisi Çingiz Aytmatovun ədəbi dünyası kimi Şərq mədəniyyətini Qərb üçün açan bir mənəvi körpüdür.

Klassik Qərb musiqi ənənəsinin Şərqlə birləşdirilməsinin mümkünlüyünə inanmayan müasir musiqinin əfsanəsi Arnold Şönberqin “... onlar yağ və su kimi qarışmırlar” fikrini bildirirdi. Lakin Firəngiz Əlizadə Şərq və Qərb musiqi elementlərini özünəməxsus bəstəkarlıq üslubunda uğurla birləşdirərək bunun əksini sübut etdi.  

Xarici mətbuatda “O, Şərqlə Qərbin müxtəlif xüsusiyyətlərini birləşdirmək və sintez etmək kimi heyrətamiz istedada malikdir”  fikirləri qeyd olunurdu.

Firəngiz Əlizadənin “Azərbaycan bəstəkarlarının yaradıcılığında orkestrləşdirmə” mövzusunda dissertasiyası  və Qara Qarayev haqqında kitabı milli musiqişünaslıq elminə dəyərli töhfələrdir. 

Bütün bunlarla yanaşı, bəstəkarın pedaqoji fəaliyyətini də vurğulamaq lazımdır. Azərbaycan, Türkiyə, ABŞ, Almaniya və digər ölkələrdə müəllimlik fəaliyyəti və ustad dərsləri aparmışdır. Firəngiz Əlizadənin əsərləri ilk dəfə dahi bəstəkarların Vətəni - Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilmişdir. Məhz İ.S.Bax, L.V.Bethoven, Y.Bramsla yanaşı, Almaniyanın ali musiqi ocaqlarının tədris proqramına görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğamayağı” əsərinin daxil edilməsi böyük əlamətdar hadisədir. 

Bəstəkarın Vətənində və ölkə xaricində onun yaradıcılığı ilə bağlı elmi dissertasiyalar, diplom işləri və məqalələr yazılır. 

ABŞ-ın Los-Anjeles şəhərində keçirilən “iPalpiti” Beynəlxalq musiqi festivalının 23-cü mövsümünün final konsertinin proqramında Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Harmoniya” əsəri ifa olunmuşdur. Həmin ifa 2019-cu ildə dirijor Eduard Schmiederin rəhbərliyi altında “iPalpiti” orkestri tərəfindən lentə alınmışdır. Piano partiyasını bəstəkar özü ifa etmişdir. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə   Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Və ümidvarıq ki, dünya şöhrətli bəstəkarın əsərləri Vətənində mötəbər səhnələrdə səslənəcək. Sənətkarın hər bir uğuru Azərbaycan musiqisinin geniş miqyasda nüfuzunun artmasına xidmət edir. 

Firəngiz Əlizadə adı, musiqisi sərhəd tanımayan, kosmopolit dünyanın ruhuna çevrilib. Elə bir dünya ki, yalnız zövqlü musiqinin, zövqlü mədəniyyətin etik və estetik mahiyyətini bütün varlığı ilə dərk edir və gələcəyə doğru daşıyır. 

28 may görkəmli bəstəkarın  doğum günüdür. Bu münasibətlə Xalq artisti, professor Firəngiz Əlizadəni səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, zəngin yaradıcılıq yolunun bundan sonra da yeni uğurlarla davam etməsini arzulayırıq.

Fidan NƏSİROVA-ƏHMƏDOVA,

musiqişünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 May 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see496

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see323

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see224

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see221

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see179

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see174

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see167

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see161

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri