Dünya Türkiyənin bu tankından danışır: vurmaq olmayacaq FOTO
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə müdafiə sənayesinin tanklarında etdiyi yeniliklər Avropa mediasının gündəmini zəbt edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin hərbi rabitəsini təmin edən ASELSAN AKKOR texnologiyasının bir çox türk zirehli texnikasına inteqrasiya ediləcəyi rezonans doğurub.
Polşa mediası yazır ki, AKKOR aktiv müdafiə sistemi regional təhlükəsizlik mühitində potensial təhdidlərə qarşı imkanlarını modernləşdirən Türkiyə ordusu üçün əhəmiyyətli yenilikdir. İnteqrasiya işləri nəticəsində “Altay 3+” döyüş tankı daha üstün səviyyəyə çatacaq. Bundan əlavə, müasir döyüş meydanında dayanıqılığı artacaq:
“Sistem bütün istiqamətlərdən gələn təhdidləri izləyən dörd yüksək ayırdetmə qabiliyyətində olan radara malikdir. Yanlış həyəcan siqnalları ehtimalını minimuma endirir. Daxil olan təhlükə aşkar edildikdə, sensorlar məlumatları nəqliyyat vasitəsinin döyüş idarəetmə sisteminə ötürür, bu da ekipajın ümumi vəziyyətlə bağlı məlumatlılığını artırır. Bundan sonra sistem təhlükə istiqamətinə yönəldilmiş iki lüləli başlatma qurğusunu işə salır və gələn mərmi zərərsizləşdirilir. Türkiyə müdafiə sənayesi addım-addım irəliləyir”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















