Icma.az
close
up
RU
“Dünya” TV nin efirindən “Biz Sizinləyik” dedi FOTOLAR / VİDEO

“Dünya” TV nin efirindən “Biz Sizinləyik” dedi FOTOLAR / VİDEO

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Məlumat verdiyimiz kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB)  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsinin icrasına başlayıb.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu gün “Dünya” TV-də layihədə nəzərdə tutulmuş “Biz Sizinləyik” adlı televiziya verilişi efirə gedib. “Dünya” TV-nin istedadlı aparıcılarından olan Xuraman Aydınqızı qonaqları təqdim edərək, bu verilişin BƏC İB-in Agentliyin dəstəyi ilə ötən il həyat keçirdiyi layihə zamanı “Dünya” TV-də təqdim etdiyi “Biz Sizinləyik” adlı verilişin bir növ davamı olduğunu vurğulayıb.

Layihə rəhbəri və BƏC İB-in sədri Tahir Xudiyev "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihənin müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial həyatda fəal iştirakını təmin etmək və onlara sosial dəstək olmaq məqsədilə həyata keçirildiyindən söz açdı. Bu məqsədlə növbəti tədbirlərin Penitensiar Xidmətinin 9 saylı CCM-də və Biləsuvar rayonunda keçiriləcəyini nəzərə çatdırdı.

BƏC İB-in İdarə Heyəti üzvü, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra elan olunan “15 iyun-Qurtuluş Günü” ərəfəsində efirə gedən veriliş vasitəsi ilə bütün xalqımızı bu münasibətlə təbrik etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasından, bu suverenliyin xalqımıza verdiyi töhfələrdən danışdı.

Şuşa Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri  ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ müharibəsi qazisi, 2-ci qrup müharibə əlili, bu layihədə könüllü kimi iştirak edən Elxan Ələkbərov  Vətən müharibəsində qazanılan Zəfərin bir yumruq altında birləşən dövlətimizin, xalqımızın və müzəffər Ordumuzun Vətən sevgisindən doğan böyük qələbəsi olduğunu dilə gətirdi, müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial problemlərinin həllinə yönəlmiş bu layihənin təqdirəlayiq olduğunu vurğuladı.

İdarə Heyəti üzvü, AMEA-nın Baş mütəxəssisi, Prezident mükafatçısı, jurnalist Xatirə Cabbarzadə “Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin yarandığı 2008-ci ildən bu günədək gördüyü işlərin hələ 2003-cü ildən Tahir Xudiyevin rəhbərliyi ilə fəaliyyət göstərən “Əlillər Dünyası” qəzetinin gördüyü müsbət yönümlü işlərin davamı olduğunu söylədi.

İdarə Heyəti üzvü, Əməkdar jurnalist Zərnişan Azayeva BƏCİB-in öz fəaliyyəti ilə əhalinin həssas təbəsi sayılan müxtəlif kareqoriyalı əlilliyi olan şəxslərin, müharibə əlilləri və iştirakçılarının, şahid ailələri, məhbus əlillər və onların ailə üzvlərinin hüquqlarının Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan müdafiəsinə sosial sahədə daima ictimai dəstək göstərdiyindən danışdı.

Layihə rəhbəri Tahir Xudiyevin qeyd etdiyi kimi, müraciət edənlərin sosial problemlərinin həllinə dəstək göstərilməsi davam edir.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri