Icma.az
close
up
RU
Dünya üçə bölünəcək... ŞƏRH

Dünya üçə bölünəcək... ŞƏRH

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Donald Trampın növbəti dəfə ABŞ prezident seçilməsindən sonra dünya siyasəti fərqli yöndə dəyişməyə başlayıb. Trampın seçilməsinin ardından Kanada, Panama və Greenlad əraziləri  ilə bağlı müxtəlif tələblər irəli sürməyə başlayıb. Onun Ukrayna ilə bağlı  siyasəti də sələfindən fərqlənib. Belə ki, onun Ukrayna məsələsində atdığı addımlar və Rusiya ilə dialoqu bərpa etməsi müəyyən fikirlərin yaranmasına səbəb olub. Belə ki, qlobal media son günlər dünyanın böyük güclər tərəfinfən bölüşüdürüləcəyi ilə bağlı materiallar dərc edir. Qeyd olunur ki, dünya ABŞ, Rusiya və Çin arasında bölünəcək. Hətta bununla bağlı xəritə də paylaşılıb.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, dünyanın əsasən üç güc tərəfindən bölüşdürüləcəyinə dair məlumatlar dezinformasiya xarakteri daşıyır:

"Dünyanın əsasən 3 böyük güc -Rusiya, ABŞ və Çin tərəfindən bölünəcəyinə dair yazılar yayımlanır. Əslində bu, dezinformasiya xarakteri daşıyır. İndidən beynəlxalq aləmi ona alışdarmağa çalışırlar ki, artıq dünyada söz sahibləri arasında danışıqlar gedə bilər. İkinci Dünya müharibəsindən sonra-soyuq müharibə zamanı iki böyük dövlət vardı. Digər dövlətlər faktiki olaraq bu ölkələr arasında bölüşdürülmüşdü. Bir də qoşulmayanlar hərəkatı vardı. İndi eynən belə xəritələr yayımlanır: Rusiya yenidən imperiya vəziyyətinə gələcək, Çin Asiyanı idarə edəcək, ABŞ öz qitəsində hökmranlıq edəcək. Amma bunlar hamısı keçmişdə qalıb.Çünki dünyada böyüyən güclər  fərqlidir, çoxqütblü dünya formalaşır. Burada Latın Amerikası ölkələri, Asiyada müxtəlifdövlətlər var, tək Çin deyil".

Politoloq vurğulayıb ki, müxtəlif dövlətlərin gücü artır:

"Türkiyənin özü Avrasiya məkanında əsas söz sahibinə çevrilib. Cənubi Qafqazda Azərbaycan daha heç vaxt Rusiyanın təsiri altına düşmək istəməz. Yəni bu xəritələr kimlərinsə xülyalarıdır, amma bu xəyalların reallaşma ehtimalı çox aşağıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri