Icma.az
close
up
RU
Dünya üçün görünməz təhdid: Ən yaxın qonşumuzla eyni orbitdə!

Dünya üçün görünməz təhdid: Ən yaxın qonşumuzla eyni orbitdə!

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

NASA 20 il əvvəl ABŞ Konqresinin tapşırığı ilə Yerə yaxın asteroidlərin 90 faizini müəyyən etməyə başlamışdı. Lakin yeni bir araşdırma, diqqətdən yayınmış başqa bir təhlükəyə diqqət çəkir: Yerə ən yaxın məsafədəki planet olan Venerayla eyni orbitdə hərəkət edən asteroidlər, yəni "eş-orbitli" (co-orbital) cisimlər.

Qaynarinfo xəbər verir ki, hazırda yalnız 20 Venera eş-orbitli asteroidi məlumdur. Lakin Braziliyanın San-Paulu Universitetindən Valerio Karruba rəhbərliyində aparılan və "Astronomy and Astrophysics" jurnalına təqdim edilən araşdırmaya görə, bu say əslində daha çox ola bilər. Lakin bu cisimlər Günəş işığının parıltısı səbəbindən Yerdən müşahidə edilə bilmir.

Venerayla eyni orbitdə hərəkət edən bu asteroidlər təxminən 140 metr diametrindədir və Yer orbitinə 0,05 astronomik vahid məsafəyə qədər yaxınlaşdıqları halda, "potensial təhlükəli asteroid" (PHA) sinfinə daxil olurlar. Problem ondadır ki, bu cisimlərin orbitləri olduqca xaotikdir. Yalnız 150 il içində onların trayektoriyaları proqnozlaşdırıla bilməz hala gəlir. Yəni bir dəfə müşahidə edilmələri, gələcəkdə necə hərəkət edəcəklərini təxmin etmək üçün kifayət deyil.

Tədqiqatçılar bu problemi aradan qaldırmaq üçün müxtəlif orbit xüsusiyyətlərinə malik 26 "klon" asteroid yaradıb və bu cisimlərin 36 min illik orbit təkamülünü simulyasiya etdilər. Nəticələr göstərib ki, xüsusilə aşağı meyilli və eksantrikliyi 0,38-dən az olan asteroidlər Yerə çırpılma potensialına malikdir. Bu isə indiyə qədər müşahidə olunmamış çoxsaylı təhlükəli asteroidin varlığına işarə edir.

Lakin ən böyük çətinlik bu cisimlərin müşahidə oluna bilməsidir. Günəşə çox yaxın olduqları üçün ilin yalnız müəyyən dövrlərində görünürlər. Yaxın illərdə fəaliyyətə başlayacaq Vera Rubin Rəsədxanası bu cisimlərdən bəzilərini aşkar edə bilər. Lakin tədqiqatçılar bildirir ki, bu potensial təhdidlərin hamısını xəritələndirmək üçün ya Venera orbitində, ya da Günəş–Venera Laqranj nöqtələrində yerləşəcək xüsusi bir kosmik missiya zəruridir.

150 metrlik bir asteroidin Yerə çarpması yüzlərlə meqatonluq partlayışa səbəb ola bilər. Bu isə minlərlə Hiroşima bombasına bərabər bir dağıntı deməkdir. Bu səbəbdən, tədqiqatçılar görünməz də olsalar, Venera eş-orbitli asteroidlərin ciddi şəkildə nəzərə alınmalı olduğunu vurğulayırlar.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri