Dünya ulduzları konsertlərinə milyonlar xərcləyir
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya şöhrətli müğənnilərin böyük səhnə şouları bahalı layihələrə çevrilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Beyons “Renaissance” dünya turunun hazırlanmasına 24 milyon dollar xərcləyib. Dörd il ərzində hazırlanan şou üçün LED ekranlar, hərəkətli platformalar və iri dekorasiyalar hazırlanıb.
Rihannanın “Super Bowl”dakı cəmi 13 dəqiqəlik çıxışının isə 8–13 milyon dollara başa gəldiyi bildirilir. Müğənni həmin çıxışa görə qonorar almayıb. “Super Bowl”da əsas ifaçıların qonorar almadan səhnəyə çıxması ənənə hesab olunur.
The Weeknd isə eyni tədbirdə şousunu daha möhtəşəm etmək üçün ayrılan büdcədən əlavə öz vəsaitindən 7 milyon dollar xərcləyib.
Mütəxəssislər bildirirlər ki, iri konsertlərdə əsas xərc səhnə quruluşu, işıq sistemləri, xüsusi effektlər, dekorasiyalar, texniki heyət və logistikanın payına düşür. Buna görə də dünya ulduzları bəzən səhnə şoularına qazandıqları qonorarın özündən də çox vəsait yatırırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 24 Avqust 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















