Dünya Yay Universiadasının dördüncü günündə üç idmançımız mübarizə aparıb FOTOLAR
Icma.az bildirir, Sia Az portalına istinadən.
Almaniyanın ev sahibliyi etdiyi Dünya Yay Universiadasının Berlində keçirilən üzgüçülük yarışlarının dördüncü günündə Azərbaycanın üç idmançısı mübarizə aparıb. SİA xəbər verir ki, üzgüçülərimiz iki növdə yarışıblar. Universiadada 50 metr məsafəyə arxasıüstə üzmə yarışında Nihad Yusibov və Rəşad Alquliyev mübarizə aparıblar. R.Alquliyev məsafəni 27.26 saniyəyə, N.Yusibov isə 28,97 saniyəyə qət edib.
100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Abdurrəhman Rüstəmov və Rəşad Alquliyev çıxış ediblər. A.Rüstəmov 50.87, R.Alquliyev isə 53.23 saniyəlik nəticə göstərib.
İdmançılarımız bu nəticələrlə növbəti mərhələyə adlaya bilməyiblər. Buna baxmayaraq, A.Rüstəmov və R.Alquliyev şəxsi rekordlarını yeniləyiblər. Onların bu yarışa qədər şəxsi rekordları müvafiq olaraq 51.31 və 53.97 saniyə idi.
Universiadaya iyulun 27-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 İyul 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















