Icma.az
close
up
RU
Dünyaca məşhur alim: “Bu yaşda insanlar reallıqdan çox, xatirələrdə yaşayır“

Dünyaca məşhur alim: “Bu yaşda insanlar reallıqdan çox, xatirələrdə yaşayır“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycanın dünyaca məşhur alimi Rafiq Əliyevin 83 yaşı tamam olur. O, 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.

Rafiq Əliyevin Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Avropanın bir sıra ölkələrində, Özbəkistanın Daşkənd şəhərində, Türkiyənin Antalya şəhərində beynəlxalq elmi konfranslar keçirilir.

R. Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və "Soft Kompyuting"ə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

Tanınmış alim doğum günündə Moderator.az-ın suallarını cavablandırdı. 

- Rafiq müəllim, yeni yaşınızı təbrik edirik!

- Hər il olduğu kimi, özəl günlərimizi Moderator.az saytı ilə bölüşürük. Bu sayt mənim üçün doğmadır. 

- Rafiq Əliyevin yeni yaşından gözləntiləri nələrdir? 

- İnsan yaşa dolduqca qəribə bir hissə qapılır. Bilirsiniz, yaş məsələsi bir az qəliz məsələdir.  Mən öz müəllimimi - Lütfizadəni doğum günlərində təbrik edəndə deyərdi ki, bilmirəm sevinim, yoxsa kədərlənim. Çünki ömür binasından bir  kərpic də düşdü, amma hər yaşın özünün bir üstünlüyü də var.

- Nədir o üstünlüklər?

- İnsan yaşa dolduqca tanrı onu sınağa çəkir. Bu mənada ki, görəsən, əqidəsini dəyişməyəcək ki, sınmayacaq ki? Bu baxımdan, belə əqidəsizlik mənə qismət olmadı. Ömrümün heç bir çağında nə əqidəmə qarşı çıxdım, nə sındım, nə də əyildim.

- Yeni yaşınızda sizdən nələr gözləyək?

- İnşallah ömür vəfa etsə, yeni nəzəriyyə üzərində çalışıram, Allah qismət etsə, onu təqdim edəcəm. Bu, bir növ qeyri-səlis məntiqin genişləndirlməsi olacaq.

- Rafiq müəllim, həyata keçməyən arzularınız varmı?

- O qədər...

- Birini deyə bilərsiniz?

-  Arzular çoxdur. Onlardan ən önəmlisi Azərbaycanın imzasını dünyada imzalar içində görməkdir. 

- İnsan yaşa dolduqca doğulduğu torpaqda yaşamağa can atır. Siz necə?

- Mənim yaşıma çatanda görəcəksiniz ki, bu yaşda insanlar reallıqdan çox, xatirələrdə yaşayırlar. Mən Ağdama  getdikdə xatirələrim zədələndi. O xəyallarımdakı Ağdamı görə bilcəmmi bilmirəm, inanmıram. Orada ikili hiss yaşadım. Birinci ən gözəli idi. Çünki uzun ayrılıqdan sonra torpağımda idim. 30 ildir həsrətlə gözlədiyim torpağıma, qibləgahım hesab etdiyim Ağdamıma qovuşdum. Amma…

İkinci hissim məni çox məyus etdi. Hər insanın elə bir yaş dövrü  olur ki, ancaq xatirələrlə yaşayırsan. Yaşamaqla kifayətlənmirsən, yaşadırsan. Bax mən Ağdamı yaşatmışdım. Amma gördüklərimdən sonra o xatirələrim zədə aldı. Mənim xatirələrimdəki indi gördüyüm o Ağdam deyildi. Ola bilər ki, hazırda modern üslubda yenidənqurma işləri aparılsın, lap elə Nyu-York olsun, amma mənim xatirimdəki Ağdam heç vaxt olmayacaq. Mən oxuduğum məktəb mənim bir nömrəli məktəbimdir. 

Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanda 3-4 sayılıb-seçilən məktəb varıydısa, onun biri də 1 saylı məktəb - Abbas bəyin məktəbi idi. Bütün göstəricilərinə görə… 

...50-ci illərdə  insanlarda dürüstlük vardı. Cəmiyyətdə olan əxlaq indiki qədər aşılanmamışdı. Biz məktəbdən nahara gələrdik. Qayıdardıq ki, müəllimlər bizdən tez gəliblər məktəbə. Dərnəklər varıydı. Müəllimlər bizimlə qalıb təmənnasız olaraq əlavə məşğul olardılar. İnsanlarda gələcəyə inam və sayğı varıydı. Bizim məktəbi Xudu Məmmədov, Ədilə Namazova, Cahid Quliyev, Cəmil Quliyev, Teymur Hacıyev, Şakir Kərimov kimi şəxsiyyətlər bitirmişdi…

Məktəbin 100 illiyi ilə bağlı keçirilən tədbirdə kimləri görmədim... Təəsüf ki, o insanların bir çoxu indi dünyada deyillər…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri