Dünyada 1 milyard dollardan çox sərvəti olan 4 azərbaycanlı var “Forbes”
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Forbes” jurnalı 2026-cı il üçün dünya milyarderlərinin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycan əsilli şəxslər də yer alıb.
Yeniavaz.com xəbər verir ki, “Forbes”in siyahısına daxil edilən 3 428 milyarder arasında 4 nəfər azərbaycanlı da var.
Qeyd edək ki, bu milyarderlərin hamısı Rusiyada yaşayır və onların əsas gəlir mənbələri də həmin ölkə ilə bağlıdır.
Azərbaycan əsilli milyarderlərin ən varlısı dünya milyarderləri siyahısında 81-ci sırada yer alan Vahid Ələkbərovdur. O, eyni zamanda Rusiyanın ən varlı 3-cü şəxsi hesab olunur.
75 yaşlı Vahid Ələkbərovun ümumi sərvəti 29,5 milyard dollardır və son bir ildə bu məbləğ təxminən 800 milyon dollar artıb.
Vahid Ələkbərovdan sonra ən varlı azərbaycanlılar Zarax İliyev və Qod Nisanov hesab olunurlar. Zarax İliyev dünya milyarderlərinin siyahısında 829-cu, Qod Nisanov isə 836-cı sırada qərarlaşıb.
Onların hər birinin 5,1 milyard dollar sərvətə sahib olduğu bildirilir. Son bir ildə hər ikisinin sərvəti 1,7 milyard dollar artıb.
Dünya milyarderlərinin siyahısında yer alan sonuncu azərbaycanlı isə Fərhad Əhmədovdur. O, 2386-cı sırada yer alıb və 1,6 milyard dollar sərvəti var. Əhmədov son bir ildə sərvətini 100 milyon dollar artıra bilib.
Qeyd edək ki, 5 il əvvəl – 2021-ci ildə dünya milyarderləri siyahısında 5 azərbaycanlı olub. 2021-ci ildə Araz Ağalarov 1,2 milyard dollarlıq sərvəti ilə “Forbes”in siyahısında yer alıb. Lakin son 5 ildir ki, Araz Ağalarov milyarderlər siyahısına daxil ola bilmir.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:İlon Maskın sərvəti Forbes ə görə 700 milyard dollardan çox olub
22 Dekabr 2025 11:32
Maskın sərvəti 110,8 milyard dollar azaldı “Forbes”
06 Mart 2025 16:58
Trampın sərvəti ARTIB “Forbes”
01 Aprel 2025 16:54
Forbes dünyada ən varlı üç adamın adını açıqladı
10 Mart 2026 18:39
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
10 İyul 2026 11:18
Baxış sayı:398
Bu xəbər 13 Mart 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















