Dünyada broyler toyuqlarının istehsalı dayana bilərmi? AİB SƏDRİ AÇIQLADI
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Araşdırmalara görə, bəzi ölkələrdə broyler toyuqlarının istehsalı ilə bağlı müəyyən məhdudiyyətlər var. Lakin, ümumilikdə dünyada broyler toyuqlarına tələbat hələ də yüksəkdir.
Bəs, bu tendensiya qlobal miqyasda genişlənə bilərmi? Broyler toyuqlarına qadağa qoyulsa, bazarda qiymətlər necə dəyişə bilər? Yəni bazara necə təsir edə bilər?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov SİA-ya açıqlamasında bildirib ki, dünyada broyler toyuqlarına kütləvi şəkildə qadağa qoyulması demək olar ki, mümkün deyil:
"Bunun əsas səbəblərindən biri broyler toyuq sənayesinin qlobal ərzaq təhlükəsizliyində və iqtisadiyyatda oynadığı mühüm roldur. Dövlətlər üçün bu sənaye sahəsi həm daxili bazarın təmin olunmasında, həm də ixrac potensialının artırılmasında əhəmiyyətlidir. Bir çox ölkələrdə broyler istehsalı dövlət büdcəsinə milyonlarla, bəzən milyardlarla gəlir gətirir. Bu gəlirlər təkcə toyuq ətinin satışından deyil, həmçinin onunla əlaqəli digər sahələrdən – yem istehsalı, logistik xidmətlər, baytarlıq preparatları, texnoloji avadanlıqlar və s. daxil olmaqla çoxşaxəli şəkildə formalaşır. Bütün bu amillər nəzərə alındıqda, broyler toyuqlarına qarşı kütləvi qadağanın tətbiqi nə iqtisadi, nə də sosial baxımdan məqsədəuyğundur. Nəticə etibarilə, broyler sənayesinə tam qadağa qoyulması praktiki olaraq mümkün deyil və bu, bir çox dövlətlərin iqtisadi maraqları ilə də üst-üstə düşmür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 01 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















