Icma.az
close
up
RU
Dünyada cəmi 1 ədəd istehsal edilib: Ultra lüks telefonun qiyməti təəccübləndirdi

Dünyada cəmi 1 ədəd istehsal edilib: Ultra lüks telefonun qiyməti təəccübləndirdi

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Samsung və Caviar şirkətləri Galaxy S25 Ultra Viper-in John Wick temalı xüsusi versiyasını təqdim ediblər. Yalnız bir ədəd istehsal ediləcək ultra-lüks cihaz istifadəyə yararlı, eksklüziv kolleksiya əşyasına çevriləcək.


Sherg.az xəbər verir ki, Lüks fərdiləşdirmə brendi "Caviar"  şirkətləri 2025 Mobil Dünya Konqresində (MWC 2025) Samsung Galaxy S25 Ultra-nın John Wick temalı xüsusi buraxılışını təqdim edib. Bu ultra-premium cihaz dərin qara titan korpusa, 24 karat qızılla örtülmüş detallara və John Wick-in simvolik silahlarına istinad edən dizayna malikdir.

Galaxy S25 Ultra Viper 6,9 düymlük Quad HD+ Dinamik AMOLED ekranı ilə üstün görüntü keyfiyyəti təklif edir. Snapdragon 8 Elite prosessoru ilə təchiz edilən cihaz istifadəçilərə 12 GB RAM və 1 TB yaddaşla yüksək performans və böyük yaddaş imkanı verir.

Dəbdəbəni texnologiya ilə birləşdirən cihaz 200MP əsas sensor, 50MP ultra geniş bucaq, 10MP telefoto (3x optik zum) və 50MP periskop obyektivi (5x optik, 100x Space Zoom) kimi qabaqcıl kamera xüsusiyyətləri ilə seçilir.

Bəs, Samsung Galaxy S25 Ultra Viperin dəyəri nə qədərdir?

Bu xüsusi buraxılış smartfonunun yalnız bir ədədi istehsal olunacaq və 9000 dollara satılacaq. Cihazın kimə satılacağının necə müəyyən ediləcəyi ilə bağlı heç bir açıqlama verilməyib.

Caviar, fərdiləşdirilmiş lüks smartfonlar və aksesuarlar istehsal edən bir markadır. Şirkət xüsusi olaraq iPhone və Samsung Galaxy modellərini qızıl örtük, qiymətli daşlar və xüsusi dizaynlarla bəzəyərək unikal və daha yüksək qiymətli məhsullara çevirir. Caviar məhdud sayda istehsal edilən xüsusi qurğularla kolleksiyaçılar və lüks həvəskarları cəlb edir.

Caviar, Snowflake adlı xüsusi dizayn edilmiş iPhone 16 Pro Max-ı 580.000 dollar qiymətə təklif etməklə diqqət çəkdi. Bu cihaz 18 karat ağ qızıl və 570 brilyant parçası ilə bəzədilmiş model idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri