Icma.az
close
up
RU
Dünyada COVID 19 da daha təhlükəli virus yayılır Azərbaycanı nə gözləyir?

Dünyada COVID 19 da daha təhlükəli virus yayılır Azərbaycanı nə gözləyir?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyada son günlər meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər dünya mətbuatının diqqət mərkəzinə çevrilərək ciddi rezonans doğurub. Ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) Kent bölgəsində, xüsusilə Kenterberi ətrafında ilkin olaraq 34 yoluxma halı qeydə alması, daha sonra isə laborator yoxlamalarla 23 halın təsdiqlənməsi epidemik riskləri yenidən gündəmə gətirib.

Hər nə qədər yoluxma sayı kütləvi xarakter daşımasa da, meningokok infeksiyasının son dərəcə sürətli inkişafı, beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) kimi ağır fəsadlara yol açması mütəxəssislərdə ciddi narahatlıq yaradır. Simptomların qəfil başlaması — yüksək hərarət, boyun sərtliyi, şüur bulanıqlığı və dəri səpgiləri — bu xəstəliyi fərdi hallarda koronavirusdan daha təhlükəli edir. Lakin bu təhlükənin Azərbaycan üçün nə dərəcədə real olması və yenidən COVID-19 dövründəki kimil kütləvi qapanmaların yaşanıb-yaşanmayacağı sualı cəmiyyətdə maraq doğuran əsas məqamdır.

Moderator.az-ın xəbərinə görə, infeksionist Mərdan Əliyev qeyd edib ki, meningokok infeksiyası mövsümi xarakter daşısa da və vaxtaşırı lokal alovlanmalar yaratsa da, onun pandemiya potensialı koronavirusla müqayisə edilə bilməz: “Meningokok infeksiyası hava-damcı yolu ilə keçən, lakin xarici mühitə çox davamsız olan bir törədicidir. Bu xəstəliyin yayılması üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur. İngiltərədəki hadisə lokal bir alovlanmadır və bu, adətən qapalı kollektivlərdə, tələbə yataqxanalarında və ya hərbi hissələrdə baş verir. Ona görə də, bu infeksiyanın koronavirus kimi sürətlə bütün dünyaya yayılması və qlobal bir pandemiya halına gəlməsi ehtimalı olduqca aşağıdır”.

O, bildirib ki, Azərbaycan üçün hazırda hər hansı ciddi təhlükə və ya kütləvi qapanma təhlükəsi gözlənilmir:

“Bizdə bu infeksiyaya qarşı epidemioloji nəzarət mexanizmləri mövcuddur. Koronavirusda olduğu kimi şəhərlərin bağlanması, küçəyə çıxma qadağalarının tətbiqi meningokok infeksiyası üçün xarakterik deyil. Çünki bu xəstəlik kütləvi yoluxuculuq qabiliyyətinə görə respirator viruslardan geri qalır. Azərbaycan vətəndaşları üçün əsas tövsiyə odur ki, xaricdən gələn şəxslərlə yaxın təmasda ehtiyatlı olsunlar və xüsusilə uşaqlarda qəfil başlayan yüksək hərarət və səpgi müşahidə edildikdə dərhal həkimə müraciət etsinlər. Profilaktik tədbir kimi isə risk qruplarına vaksinasiya tövsiyə olunur, lakin ümumi ölkə səviyyəsində bir həyəcan təbili çalmağa əsas yoxdur”.

(Nocomment.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Mart 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri