Icma.az
close
up
RU
Dünyada ən güclü külək orada əsir saatda 408 kilometr

Dünyada ən güclü külək orada əsir saatda 408 kilometr

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən güclü küləklərinin okeanlarda əsdiyini düşünənlər yanılır. Bu rekord ABŞ-ın Nyu-Hempşir ştatındakı Vaşinqton dağında qeydə alınıb və bu günə qədər yerüstü meteoroloji stansiyalar arasında ən yüksək göstərici hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 1934-cü il aprelin 12-də Vaşinqton dağının zirvəsində yerləşən meteoroloji stansiya saatda 408 kilometr sürətlə əsən külək qeydə alıb.

Bu göstərici hələ də yerüstü meteoroloji müşahidələr üzrə dünya rekordu sayılır. Mütəxəssislərin sözlərinə görə, buna səbəb üç fərqli hava axınının məhz bu ərazidə toqquşması və dağın relyefinin küləyi aerodinamik boru kimi sürətləndirməsidir.

Müqayisə üçün qeyd edilir ki, bu sürət şığıyan qırğı quşunun uçuş sürətindən daha yüksəkdir və beşinci kateqoriyalı qasırğa üçün müəyyən edilən həddi demək olar ki, iki dəfə üstələyir. Belə bir küləyin hökm sürdüyü şəraitdə açıq havada olmaq insan həyatı üçün son dərəcə təhlükəlidir.

Rekord niyə məhz Vaşinqton dağında qeydə alınıb?

Alimlər bildirirlər ki, Vaşinqton dağı Böyük Göllər istiqamətindən gələn qərb siklonlarının yolunda yerləşir. Nəm hava kütlələri sürətlə yüksələrək Arktikadan gələn soyuq və quru hava ilə qarşılaşır. Təzyiq fərqi nəticəsində Venturi effekti yaranır və dağ silsilələrinin dar hissəsində hava axını daha da sürətlənir.

Dağın uzunsov forması da hava axınlarını birbaşa meteoroloji stansiyaya yönəldir. Everest daha hündür olsa da, orada seyrək hava və geniş qar örtüyü küləyin sürətini müəyyən qədər azaldır. Vaşinqton dağında isə hava daha sıx olduğundan külək daha böyük gücə çatır.

Saatda 408 kilometr sürətlə əsən külək insan üçün nə deməkdir?

Belə güclü külək zamanı kiçik daşlar güllə kimi hərəkət edir, qar dənələri isə dərini zədələyən zımpara təsiri yaradır. Qoruyucu eynək olmadan gözləri açmaq mümkün deyil, nəfəs almaq isə xeyli çətinləşir. Küləyin təsiri ilə hiss olunan temperatur mənfi 70 dərəcə Selsiyə qədər enə bilər.

Həmin gün meteoroloq Salvatore Pagano müşahidələri aparmaq üçün çölə çıxarkən az qala həyatını itirəcəkdi. O, təhlükəsizlik trosu ilə bağlansa da, güclü külək ölçü cihazlarını qoparıb aparmış, hətta stansiyanın dəmir bərkidicilərini belə əyib.

Tornadolar daha güclüdürmü?

Mütəxəssislər bildirirlər ki, tornadoların daxilində küləyin sürəti bəzən saatda 500 kilometri də keçə bilər. Lakin bu göstəricilər rəsmi yerüstü meteoroloji ölçmələr hesab edilmir. Buna görə də yer səthində rəsmi şəkildə qeydə alınmış ən güclü külək rekordu hələ də Vaşinqton dağına məxsusdur.

İqlim dəyişikliyi yeni rekordlara səbəb ola bilərmi?

Alimlər hesab edirlər ki, qlobal istiləşmə nəticəsində temperatur fərqlərinin artması gələcəkdə daha ekstremal hava hadisələrinin baş vermə ehtimalını yüksəldir. Bu səbəbdən qarşıdakı onilliklərdə mövcud külək rekordunun yenilənməsi də istisna edilmir.

Vaşinqton dağı bu gün də atmosfer hadisələrinin öyrənilməsi üçün ən mühüm təbii laboratoriyalardan biri hesab olunur və təbiətin gücünü əyani şəkildə nümayiş etdirən nadir məkanlardan biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri