Dünyada ən nadir motosikletlərdən biri satılır
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"DubiCars" portalında "Lotus C-01" motosikleti satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, 2010-cu illərin ortalarında bu modeldən cəmi 100 ədəd istehsal edilib. Tanınmış yarış markasının bu kolleksiya nümunəsinin qiyməti 274 min dollara yaxındır.
Motosiklet xrom elementlər və nadir parlaq sarı rəngli əlavələrlə bəzədilib. Satışa çıxarılan nüsxə 2014-cü ildə istehsal edilib. Onun yürüşü 19 kilometrdir. Lakin istifadə izləri yoxdur, vəziyyəti yeni kimidir.
"Lotus C-01" Daniel Simonun layihəsi əsasında əl ilə yığılıb. Motosikletdə geniş şəkildə karbon lif və titandan istifadə edilib. Onun kütləsi 180 kiloqramdır. 1.2 litrlik mühərrik 200 at gücü hasil edir.
Xatırladaq ki, bir il əvvəl "Sotheby's" auksionunda fərqli rəngdə olan oxşar motosiklet satılıb. Sıfır yürüşə malik nəqliyyat vasitəsinin qiyməti 228 min dollar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 May 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















