Dünyada epizootik vəziyyətə dair VİDEOMƏLUMAT
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.
Agentliyyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dünyada blutanq, dabaq və yüksək patogen quş qripi xəstəliyinə yeni yoluxma halları baş verib.
Hazırda 61 ölkədə yüksək patogen quş qripi, 28 ölkədə blutanq, 18 ölkədə dabaq, 11 ölkədə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, 10 ölkədə isə Nyukasl xəstəliyi mövcuddur. Ümumilikdə 15 xəstəlik üzrə 85 ölkəyə və yaxud ölkə daxilindəki regionlara məhdudiyyətlər tətbiq edilib.
Videoməlumatla linkindən tanış olmaq mümkündür.
Baxış sayı:60
Bu xəbər 27 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















