Icma.az
close
up
RU
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi?

Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirildi.

Bu mötəbər beynəlxalq tədbir bir həftə ərzində şəhərsalma sahəsində qlobal müzakirələrə ev sahibliyi etdi və dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirdi.

Bəs ölkəmizdə baş tutan WUF13-də hansı mesajlar verildi? 

Milli Məclisin deputatı Tural Gəncəliyev "Cebheinfo.az"-a biıdirib ki, Azərbaycanda beynəlxalq şəhərsalma forumu uğurla keçirildi və başa çatdı: 

“Bu, ölkəmizin tarixində baş tutmuş ən önəmli və əhəmiyyətli tədbirlərdən biridir. Nəzərə alsaq ki, bu, BMT-nin - dünyanın ən böyük beynəlxalq təşkilatının nəzdində keçirilən forum və sessiya idi, onun həm Azərbaycan, həm də dünya üçün əhəmiyyəti olduqca böyükdür.

Azərbaycanda keçirilən forum onunla yadda qaldı ki, sessiyanın əsas mövzusu bütün dünyada evsizlikdən və mənzil şəraitinin ağır olmasından əziyyət çəkən insanlar üçün “Hamı üçün ev və mənzil, təhlükəsiz şəhərlər” məsələsi idi.

Bu gün şəhərlərin yalnız gözəl, böyük, estetik və gözoxşayan şəkildə tikilməsi kifayət deyil. Şəhərlər, eyni zamanda təhlükəsiz olmalı, böhranlara davamlılıq nümayiş etdirməli, su qıtlığı problemi yaşamamalı və enerji təhlükəsizliyi təmin edilməlidir".

Deputat əlavə edib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi layihələrlə bütün dünyaya sübut edib ki, yüksək şəhərsalma mədəniyyətinə, potensialına və qabiliyyətinə malikdir:

"Təkcə Şuşa, Laçın və Zəngilanda həyata keçirilən “Ağıllı kənd” və “Ağıllı qəsəbə” prinsiplərinə əsaslanan layihələr, eləcə də Kəlbəcərin yenidən qurulan şəhər mərkəzi buna bariz nümunədir.

Kəlbəcərin mənzərəsi sanki İsveçrənin və Avropanın Alp dağlarında yerləşən gözəl şəhərləri xatırladır. Müharibə nəticəsində şəhər və qəsəbələrimizin ciddi dağıntılara məruz qalmasına baxmayaraq, onların yenidən böyük həvəslə, ruh yüksəkliyi və əzmlə bərpa olunmasının şahidiyik". 

O qeyd edib ki, məhz Azərbaycanın dünyaya verdiyi önəmli mesajlardan biri təhlükəsiz şəhər konsepsiyası ilə bağlı idi:

"Bu gün elə meqapolislər var ki, böyük və inkişaf etmiş şəhərlər olsalar da, orada cinayətkarlıq və kriminal vəziyyət təhlükəli həddə çatıb. Əhalinin sayının durmadan artması isə iri şəhərlərdə həm mənzil problemi, həm su qıtlığı, həm də təhlükəsizlik məsələlərinin daha da kəskinləşməsinə səbəb olur.

WUF13 sessiyası həm də Azərbaycanın beynəlxalq tədbirlər silsiləsinin növbəti uğurlu davamı oldu. Çünki ölkəmiz artıq belə böyük tədbirlərin və beynəlxalq konfransların təşkili və keçirilməsi sahəsində ciddi təcrübəyə malikdir".

Onun sözlərinə görə, BMT-nin bu cür böyük tədbirinin Azərbaycanda keçirilməsi artıq bir neçə dəfə baş verib:

"Adətən belə beynəlxalq tədbirlər Qərb ölkələrində, böyük şəhərlərdə və inkişaf etmiş Asiya ölkələrində təşkil olunurdu. Artıq COP29, Şəhərsalma Forumu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, 2014–2015-ci illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi kimi faktlar ölkəmizin artan nüfuzunun göstəricisidir. Buna görə də bu hadisələri mən diplomatik və geosiyasi uğur kimi dəyərləndirirəm".

O bildirib ki, indiyədək keçirilən WUF sessiyalarında şəhərsalmanın bu qədər strateji təhlükəsizlik aspektlərinə toxunulmayıb:

“Bir daha qeyd etmək istəyirəm ki, təhlükəsiz şəhər anlayışı yalnız gözəl və eleqant binaların tikilməsi ilə məhdudlaşmır. Biz Yaxın Şərqdə, sonuncu İran–İsrail müharibəsi fonunda bunun şahidi olduq. Gözoxşayan, kristal və şüşə fasadlı binalarla inşa edilmiş şəhərlərə baxmayaraq, müharibə şəraitində aydın oldu ki, su təhlükəsizliyi və elektrik şəbəkəsi kimi kritik infrastruktur obyektləri kiçik raket və ya dron hücumları ilə sıradan çıxarıldıqda, böyük şəhərlərə qoyulan trilyonlarla dollarlıq investisiyalar ciddi risk altına düşür.

Bu baxımdan, müasir şəhərsalmada infrastruktur təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycanda keçirilən forum da məhz təsadüfi deyil ki, bu mövzuları əsas müzakirə başlığı kimi seçib. Bu, yeni bir yanaşma və yeni bir istiqamətdir".

Deputat əlavə edib ki, bu forum həm şəhərsalma mədəniyyətində, həm də texnoloji yanaşmalarda Azərbaycanın beynəlxalq diqqət mərkəzində olduğunu bir daha göstərdi:

"Hesab edirəm ki, Azərbaycanda təşkil olunan bu forum bir daha göstərdi ki, şəhərsalma yalnız binaların tikilməsi deyil, eyni zamanda onların dayanıqlılığı, təhlükəsizliyi və funksional davamlılığı üzərində düşünməyi də tələb edir. Bu yanaşma müasir dövrdə getdikcə daha da aktual olacaq.

Bakıda keçirilən forum həm də yeni kreativ metodların və texnologiyaların şəhərsalmaya tətbiq olunduğunu nümayiş etdirdi.
İştirakçıların çoxluğu və tədbirin Azərbaycanın Olimpiya Stadionu kimi böyük bir arenada keçirilməsi də sübut etdi ki, Azərbaycan artıq dünya şəhərsalma müzakirələrinin mərkəzlərindən birinə çevrilir". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri