Dünyada hazırki təhlükəsizlik sistemi yalnız gücə əsaslanır
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İki ölkə-Ukrayna və Venesuela. Bənzəri xarici və təhlükəsizlik siyasəti, fərqli yanaşma və nəticələr. Bu dövlətlərin hər ikisi bölgələrinə hakim olan böyük dövlətlərin öz ölkələrinə qarşı münasibətlərinə, regional təhlükəsizlik sisteminə qarşı çıxdılar və hazırkı reallıqla üzləşdilər. İstər Rusiyanın Ukraynaya, istərsə də ABŞ-ın Venesuelaya qarşı aqressiv münasibətinin arxasında yalnız bir səbəb var (digər amillər ikinci dərəcəlidir). Nə Rusiya, nə də ABŞ öz sərhədləri yaxınlığında rəqiblərinin (yumşaq ifadə etsək) hərbi, ideoloji və geosiyasi mövcudluğunu görmək istəmir, bunu öz ölkələrinə qarşı təhdid hesab edirlər. Necə ki, Rusiya Ukraynanın NATO-ya üzv olmaq istəklərindən rahatsız idi, eləcə də ABŞ Venesuelada Rusiyanın hərbi, Çinin iqtisadi və texnoloji mövcudluğundan məmnun deyildi.
Lakin Rusiya və ABŞ-ın qarşıdurmanı öz xeyirlərinə həll etmək üçün atdıqları addımlar fərqli oldu. Hər iki dövlət hərbi gücdən istifadə etsələr də, yanaşma müxtəlif oldu. ABŞ Venesuela hərbçilərinin və xüsusi xidmət orqanlarının xəyanətindən yararlanmaqla (bir güllə atmadan mühafizə olunan prezidenti yatağından alıb ölkədən çıxarmağın başqa izahı yoxdur) ölkə prezidentini həbs etdisə, Rusiya Ukraynaya qarşı birbaşa quru hərbi əməliyyat həyata keçirdi. Müxtəlif hərbi yanaşmanın da düşünürəm ki, obyektiv səbəbi vardır. Maduronun hakimiyyətdən gedişi ABŞ-ın bu ölkədə məqsədlərinə çatmaq üçün qarşıya qoyduğu vəzifəni həll etmək üçün kifayət edirsə, Zelenskinin ölümü və ya həbsi Rusiyanın Ukraynaya qarşı nəzərdə tutduğu vəzifələrini həll etmirdi.
ABŞ-ın son hərbi əməliyyatı bir daha göstərdi ki, dünyada hazırki təhlükəsizlik sistemi yalnız gücə əsaslanır. Gedən proseslərə Azərbaycanın prizmasından baxdıqda ölkəmizin nə qədər doğru və unikal xarici siyasət yeritdiyinin bir daha şahidi oluruq. Regionda maraqları olan bütün böyük dövlətlərin müdaxilə imkanlarınını sıfıra endirən Azərbaycan güclü ordu və çevik manevr imkanları ilə zəngin xarici siyasət kursu sayəsində öz təhlükəsizliyini tamamilə təmin etmişdir. Xarici siyasətin ən böyük uğurlarından biri ondan ibarətdir ki, regionumuzda ənənəvi geosiyasi marağı olan Rusiyaya bu qədər yaxın olub, bununla belə ondan o qədər də uzaq olan ikinci bir dövlət yoxdur. Bu siyasət isə regionumuzda Rusiyanın təsir imkanlarının getdikcə tamamilə itirilməsinə səbəb olacaqdır.
Elçin Ağamalı, siyasi şərhçi
Bu mövzuda digər xəbərlər:Dövlət satınalmaları şəffaflığa əsaslanır
26 Avqust 2025 10:36
Münasibətlərimiz qarşılıqlı etimada əsaslanır
28 Fevral 2025 14:30
Münasibətlər səmimi dialoqa əsaslanır
11 Dekabr 2025 17:54
Dövlət siyasəti yalnız qısa müddətli məqsədlərə deyil, uzunmüddətli perspektivə əsaslanır
06 Yanvar 2026 15:35
Münasibətlərin inkişafı qarşlılıqlı etimada əsaslanır
04 Aprel 2025 13:28
Baxış sayı:118
Bu xəbər 04 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















