Dünyada hələ də xarici aləmdən təcrid olunmuş 200 ə yaxın xalq yaşayır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 oktyabr, AZƏRTAC
Ekspertlərin fikrincə, dünyada hələ də xarici aləmdən təcrid olunmuş təxminən 200-ə yaxın xalq mövcuddur ki, onların da 95 faizi əsasən Braziliyada olmaqla, Amazon meşəsində yaşayır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Survival International” təşkilatının xarici aləmlə əlaqə qurmaqdan imtina edən yerli icmalar barədə apardığı ilk genişmiqyaslı tədqiqatının nəticələrində öz əksini tapıb. Tədqiqat müəlliflərinin sözlərinə görə, təcili tədbirlər görülməsə, bu xalqların və ya qrupların təxminən yarısı on il ərzində məhv ola bilər. Uzun illərdir bu icmaların yaşadığı ərazilərdə meşələrin qırılması, mədənlərin fəaliyyəti və maldarlıq onları təhlükə altında qoyur. İqlim dəyişikliyi də vəziyyəti ağırlaşdıran əsas amillərdən biridir.
Son illərdə isə bu təhdidlərə yeni risklər də əlavə olunub. İnsan haqları müdafiəçilərinin məlumatına görə, hazırda belə xalqlar narkotik ticarəti ilə məşğul olan cinayətkar qrupların, yevangelist təşkilatlar tərəfindən maliyyələşdirilən missionerlərin və onlarla əlaqə quraraq sosial mediada qazanc əldə etməyə çalışan bloqerlərin təsiri altındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 27 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















