Icma.az
close
up
RU
Dünyada hər iki dəqiqədə bir ana ÖLÜR HESABAT

Dünyada hər iki dəqiqədə bir ana ÖLÜR HESABAT

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2000-ci ildən 2023-cü ilə qədər dünyada ana ölümlərinin sayı 40 faiz azalıb. Bu nailiyyət əsasən hamiləlik və doğuş zamanı əsas tibbi xidmətlərə çıxışın yaxşılaşması ilə bağlıdır.

Modern.az xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Sağlamlıq Günü münasibətilə yaydığı yeni hesabatda qeyd olunur.

Lakin hesabatda vurğulanır ki, 2016-cı ildən bəri bu sahədə irəliləyişin tempi xeyli zəifləyib. 2023-cü ildə hamiləlik və doğuşla bağlı ağırlaşmalar nəticəsində təxminən 260 min qadın həyatını itirib. Bu, hər iki dəqiqədə bir ana ölümünə bərabərdir.

BMT agentlikləri xəbərdarlıq edir ki, dünyada humanitar yardımın kəskin şəkildə azaldılması bir çox ölkədə vacib sağlamlıq xidmətlərinin ixtisarına səbəb olub. Doğum evləri bağlanır, tibbi personal çatışmazlığı yaranır, həyati vacib dərmanlar və təchizatlarda qıtlıq müşahidə olunur.

Hesabatda qeyd olunur ki, xüsusilə münaqişə bölgələrində və humanitar böhran yaşanan ölkələrdə vəziyyət daha da ağırdır. Məsələn, Çad, Mərkəzi Afrika Respublikası, Nigeriya, Somali və Əfqanıstanda qadınların ana ölümü üzləşmə riski olduqca yüksəkdir.

COVID-19 pandemiyası da ana ölüm göstəricilərinə mənfi təsir edib. Təkcə 2021-ci ildə 40 min əlavə ana ölümü qeydə alınıb. Bu artım həm pandemiyanın birbaşa təsirləri, həm də doğumla bağlı xidmətlərin geniş şəkildə pozulması ilə əlaqələndirilir.

ÜST baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, mövcud tibbi bilik və resurslarla bu ölümlərin əksəriyyətinin qarşısını almaq mümkündür. O, qadın və qızların sağlamlıq hüquqlarının və tibbi xidmətlərə çıxış imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

UNICEF-in icraçı direktoru Ketrin Rassell isə qeyd edib ki, səhiyyəyə ayrılan beynəlxalq vəsaitlərin azaldılması xüsusilə zəif və böhran içində olan ölkələrdə hamilə qadınların həyatı üçün ciddi təhlükə yaradır.

Hesabatda regionlararası qeyri-bərabərlik də diqqətə çatdırılır. Sub-Saxara Afrikası 2015-dən sonra əhəmiyyətli irəliləyiş əldə edən az sayda bölgələrdən biri olsa da, 2023-cü ildə qlobal ana ölümlərinin 70 faizindən çoxu məhz bu bölgədə qeydə alınıb.

BMT xəbərdarlıq edir ki, mövcud tendensiya ilə davam edərsə, ana ölümlərinin qarşısını almaqla bağlı 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq mümkün olmayacaq. İllik azalma tempi 1,5 faiz ətrafında qalır, halbuki bu göstəricinin 15 faizə çatdırılması tələb olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri