Icma.az
close
up
RU
Dünyada ilk dəfə Ay üçün dəqiq vaxtı müəyyən edən saat Çində hazırlanır

Dünyada ilk dəfə Ay üçün dəqiq vaxtı müəyyən edən saat Çində hazırlanır

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Çindən olan tədqiqatçılar Ay vaxtının ölçülməsi üçün proqram təminatı hazırlayırlar. 

Qaynarinfo xəbər verir ki, "Interesting Engineering” nəşrinin yazdığına görə, bu iş "Lunar Time Ephemeris” ifadəsinin qısaldılmış forması olan "LTE440” adını alıb.

Bildirilir ki, bu, Ay vaxtının ölçülməsi üçün dünyada istifadəyə hazır ilk proqram təminatıdır. Sözügedən sistem gələcək kosmik missiyalara Yer və Ay arasındakı zaman fərqi problemini həll etməyə imkan verəcək.

Nəşr xatırladır ki, zaman universal sabit deyil. Hələ Albert Eynşteyn ümumi nisbilik nəzəriyyəsində cazibə qüvvəsinin məkan–zaman toxumasını əydiyini qeyd edirdi. Ay Yer kürəsindən daha kiçik olduğu üçün onun cazibə qüvvəsi də zəifdir. Cazibə təsiri azaldıqca zaman faktiki olaraq daha sürətli axır:

"Əgər Ayda yaşasaydınız, texniki baxımdan Yer üzündəki dostlarınıza nisbətən daha tez qocalardınız. Bu, zaman fərqi ilə bağlıdır və hərçənd çox kiçikdir, gündə cəmi təxminən 58,7 mikrosaniyə təşkil edir”.

Bu bir neçə mikrosaniyə naviqasiya baxımından həlledici əhəmiyyət daşıyır. Dərin kosmosda bu fərq problemsiz enişi fəlakətli qəza ilə nəticələndirə bilər.

Müəlliflər qeyd edir ki, erkən kosmik missiyalar "Ay vaxtı” məsələsinə ciddi yanaşmırdı, çünki bu missiyalar Ay səthində qısa müddət qalırdı və uçuşlar da nadir hallarda həyata keçirilirdi.

"Lakin indi yeni qlobal kosmik yarış alovlanır. Bu yarış təhlükəsizlik və milyardlarla dolların qorunması üçün maksimum dəqiqlik tələb edir. Müasir kosmik aparatlarda GPS-ə bənzər sistemlərdən istifadə olunur. Bu sistemlər peykdən qəbulediciyə radio siqnalının çatma vaxtını dəqiq ölçməklə mövqeyi müəyyən edir. Zamanın çox kiçik bir xətası eniş modulunun yerinin kilometrlərlə səhv hesablanmasına səbəb ola bilər”, deyə məqalədə vurğulanır.

Kosmik agentliklər Ayda uzunmüddətli məskunlaşmaya hazırlaşdığı bir vaxtda mümkün xaosun qarşısını almaq məqsədilə Beynəlxalq Astronomiya İttifaqı 2024-cü ildə Ay üçün vahid zaman sistemi yaradılmasını nəzərdə tutan qətnamə qəbul edib. Çinli alimlərin hazırladığı proqram təminatı gələcək Ay missiyaları üçün bu çətin işi yerinə yetirir. Sistem Ayın daha zəif cazibə qüvvəsini və onun kosmosdakı hərəkətini nəzərə alaraq Ay saatını Yer vaxtı ilə ideal şəkildə uzlaşdırır. Eyni zamanda, min il sonrasına baxıldıqda belə, nanosaniyə dəqiqliyini qoruyub saxlayır.

Qeyd olunur ki, gözlənilməz addımlardan biri Çinin bu aləti açıq istifadəyə təqdim etməsidir. Müəlliflərin fikrincə, bu, Çinin gələcək "Ay iqtisadiyyatı” üçün standart müəyyənləşdirmək niyyətindən xəbər verir. Əgər "LTE440” qəbul olunarsa, ilk Ay sakinləri üçün vahid zaman sistemi təmin ediləcək və onlar şam yeməyinə toplaşarkən hamı üçün eyni saat işləyəcək.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri