Icma.az
close
up
RU
Dünyada ilk dəfə uşaqlar üçün xərçəng əleyhinə peyvənd sınağı keçiriləcək

Dünyada ilk dəfə uşaqlar üçün xərçəng əleyhinə peyvənd sınağı keçiriləcək

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Avstraliyalı alimlər dünyada ilk dəfə müalicəyə davamlı beyin şişləri olan uşaqların müalicəsi üçün hazırlanmış xərçəng xəstəliyi peyvəndlərinin klinik sınaqlarını keçirəcəklər.

"Report"un xəbərinə görə, bu barədə peyvəndin klinikaya qədərki tədqiqatının aparıldığı Kvinslend Universiteti (UQ) məlumat yayıb.

"Yaxın aylarda "PaedNEO-VAX-"ın klinik sınaqları Viktoriya, Qərbi Avstraliya, Kvinslend, Yeni Cənubi Uels və Cənubi Avstraliyadakı səkkiz uşaq xəstəxanasında aparılacaq", - universitetin açıqlamasında bildirilir.

Hər bir peyvəndin xəstə üçün xüsusi genetik markerlərdən istifadə etməklə fərdiləşdirilməsi planlaşdırılır. Beyin xərçəngi xəstəliyi diaqnozu qoyulmuş və ömrünün uzunluğu 24 aydan çox olmayan yetmiş gənc xəstə dörd illik klinik sınaqda iştirak edəcək.

"Bu, xüsusilə çətin beyin xərçəng xəstəliyi formalarının müalicəsində yeni, fərdiləşdirilmiş bir yanaşmadır. Birinci mərhələ sınaqları bizə təhlükəsiz və effektiv bir doza təyin etməyə kömək edəcək, ikinci mərhələ isə terapiyanın effektivliyini qiymətləndirəcək. Bunun xərçəng xəstəliyinin inkişafını yavaşlatdığını və xəstələrin, onların ailələrinin ümumi sağ qalmasını və həyat keyfiyyətini yaxşılaşdırıb-yaxşılaşdırmadığını müəyyən etməyə çalışacağıq", - tədqiqatda iştirak edən professor Jordan Hansford bildirib.

Universitet yeni dərmanın mRHK COVID-19 peyvəndi əsasında yaradıldığını bildirib. "Hər bir uşağın şişində genom ardıcıllığı və dərin məlumatların təhlili istifadə edərək unikal şiş markerlərini müəyyənləşdirdikdən sonra, şişə xas peyvənd hədəflərini seçəcəyik. Sonra xüsusi formulalar hazırlanacaq", - tədqiqatın aparıcı müəllifi, universitetin professoru Brendon Ueynrayt izah edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri