Icma.az
close
up
RU
Dünyada insanlar daha çox bu xəstəliklərdən ölür

Dünyada insanlar daha çox bu xəstəliklərdən ölür

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qida ilə bağlı yaranan problemləri "təhlükəli su və ya qida istehlakından qaynaqlanan xəstəliklər" kimi müəyyənləşdirib.

Təşkilatın məlumatına görə, qida ilə yoluxan xəstəliklərə 200-dən çox müxtəlif amil səbəb ola bilər.ÜST-ün məlumatları göstərir ki, hər il təxminən 600 milyon insan qida ilə keçən xəstəliyə yoluxur. Hər il orta hesabla 420 min insan bu xəstəliklərdən ölür. Bu ölümlərin 125 min nəfərini məhz uşaqlar təşkil edir.

İqlim dəyişikliyi, qida ilə yoluxan patogenlərin coğrafi və mövsümi paylanmasını dəyişdirir, əhali artımı, şəhərləşmə və qlobal qida zəncirlərinin genişlənməsi isə risklərin idarə olunmasını çətinləşdirən amillər arasındadır.

Qida ilə yoluxan xəstəliklərin əksəriyyəti müxtəlif bakteriyalar, viruslar və parazitlər tərəfindən törədilir. Lakin qidada olan bütün bakteriyalar xəstəliyə səbəb olmur.

"Salmonella", "Listeria monocytogenes", "Campylobacter jejuni" və "Escherichia coli" kimi bəzi bakteriyalar qida ilə yoluxan xəstəliklərin vacib səbəbləri kimi sadalanır.

"Salmonella"ya daha çox rast gəlinən qidalar arasında yumurta, quş əti və digər heyvan mənşəli qida məhsulları daxildir. "Campylobacter" mənşəli xəstəliklər ən çox çiy süd, çiy və ya az bişmiş quş əti və içməli sudan qaynaqlanır.

Digər tərəfdən, "Escherichia coli" adətən pasterizə olunmamış süddə, az bişmiş ətdə və çirklənmiş təzə meyvə və tərəvəzlərdə inkişaf edir.

Qida zəhərlənməsinin və digər oxşar xəstəliklərin əsas simptomlarına ürəkbulanma və qarın ağrısı daxildir. Xəstələr həmçinin qızdırma, baş ağrısı, qusma və ishaldan şikayət edirlər.

Avropa Qida Təhlükəsizliyi Orqanı (EFSA) qida yolu ilə keçən xəstəliklərə səbəb olan amillər kimi bunları qeyd edib: qidanın düzgün bişirilməməsi və ya təkrar qızdırılmaması, düzgün temperaturda saxlanılmaması, son istifadə tarixindən sonra istehlak edilməsi və heyvanlarla təmas. 

EFSA bakteriyaları məhv etmək üçün yumurta, quş əti və ətin tam bişirilməsi, çiy və bişmiş qidaların ayrı yerlərdə saxlanması kimi tədbirləri tövsiyə edir.

Bundan əlavə, bütün növ qidalar üçün təmiz qab-qacaq, doğrama taxtaları və səthlərdən istifadə etməyi, qida hazırlamadan əvvəl və hazırlıq zamanı əllərin yuyulmasını, bakteriyaların böyüməsini yavaşlatmaq və ya dayandırmaq üçün tez xarab olan qidaların soyuducuda saxlanmasını tövsiyə edir.

Azərbaycanda da digər ölkələrdə olduğu kimi qidadan zəhərlənmə halları müşahidə edilir. Ən çox zəhərlənə hadisəsi kimi isə dönərdən zəhərlənmə müşahidə edilir. 

AQTA-nın məlumatına görə, 2024-cü ildə qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınmış zərərçəkənlərin sayı 1092 nəfər, zəhərlənmədən ölənlərin sayı isə 4 nəfər olub.

2025-ci ilin I yarımili üzrə baş vermiş qida zəhərlənmələrinin sayına gəldikdə isə qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınmış zərərçəkənlərin sayı 379 nəfər olub ki, bu dövrdə ölüm halı qeydə alınmayıb.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri