Dünyada kərə yağı 44% ucuzlaşıb, Azərbaycanda isə 9% bahalaşıb Qiymətlər
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 132 milyon 311 min dollar dəyərində 18 min 288 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 7,2 dollar (12,3 manat) olub.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində heç bir dəyişiklik müşahidə olunmayıb.
Məlumat üçün bildirək ki, son bir ildə ölkəyə idxal olunan kərə yağının qiymətində dəyişiklik olmasa da, dünya bazarlarında kərə yağının qiyməti ucuzlaşıb. Ötən ilin fevral ayının əvvəlində dünya bazarlarında 1 kiloqramı 7,2 dollar olan kərə yağı son bir ildə 44%-dən çox ucuzlaşıb və bu ilin fevral ayının ilk günlərində 4 dollara (6,8 manat) düşüb.
Lakin onu da qeyd edək ki, kərə yağının qiymətində qeydə alınan ucuzlaşma ölkə daxilindəki pərakəndə satış mağazalarında müşahidə edilməyib. Ötən ilin yanvar ayında supermarketlərdə orta satış qiyməti 22,6 manat olan kərə yağı son bir ildə 8,8% bahalanaraq dekabr ayında 24,6 manata yüksəlib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda kərə yağı bahalaşıb QİYMƏTLƏR
02 Dekabr 2024 09:17
Azərbaycanda kərə yağı bahalaşıb YENİ QİYMƏTLƏR VİDEO
02 Dekabr 2024 10:09
Azərbaycanda kərə yağı bahalaşıb QİYMƏTLƏR Yeni Gündəm
02 Dekabr 2024 12:22
Azərbaycanda kərə yağı bahalaşıb Yeni QİYMƏTLƏR (VİDEO)
02 Dekabr 2024 09:12
Baxış sayı:61
Bu xəbər 02 Fevral 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















