Icma.az
close
up
RU
Dünyada kişilər, bizdə isə qadınlar AZALIR Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR?

Dünyada kişilər, bizdə isə qadınlar AZALIR Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Dünyanın bəzi ölkələrində demoqrafik vəziyyət olduqca maraqlı vəziyyət alıb. Elə ölkələr var ki, orada kişi çatışmazlığı açıq şəkildə görünür. Məsələn, Monqolustanda və Ukraynada hər 6 qadına 1 kişi düşür. Bu da olduqca narahatedici vəziyyətdir.
Azərbaycanda isə vəziyyət tam fərqlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədə hər 100 qadına 114 kişi düşür. Qadın-kişi nisbəti ilə bağlı ən narahatlıq doğuran məsələ isə yeni doğulan uşaqlarla bağlıdır. Rəsmi statistikaya əsasən, ötən ilin yanvar-noyabr aylarında doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.
Bu isə gələcəkdə ciddi demoqrafik problemlərin anonsunu verir...
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev deyib ki, hazırda Azərbaycanda oğlan və qızların say tərkibi bir sıra ölkələrdən fərqlidir:

“Bu da onunla bağlıdır ki, ənənəvi cəmiyyət olaraq bizdə hər zaman selektiv abort olub. Son 7 ildə isə selektiv abortun səviyyəsinə görə dünyada lider ölkəyik. Buna görə də selektiv abort  gender balansını oğlanların xeyrinə dəyişib. Nəzərə alaq ki, ötən il 73 mindən artıq abort qeydə alınıb. Bununda xeyli hissəsi selektiv abortdur.
Son statistikaya görə ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Yeni doğulanların statistikasını da təhlil edərkən görürük ki, doğulan hər 100 qıza 114 oğlan düşür. Bu da o deməkdir ki, getdikcə yeni doğulanların çoxu oğlan uşaqlarıdır. Bu həm də selektiv abortların yüksək səviyyədə qalmasının sübutudur”.
Müsahibimiz bioloji normaya görə, hər 100 qıza 102-106 oğlan usağının düzgün nisbət olduğunu bildirib:
“Amma bizdə oğlanların faiz göstəricisi xeyli yüksəkdir. Bu da onu göstərir ki, selektiv abort ölkəmizdə problem olaraq qalır. Selektiv abort əsasən ailə planlaşdırması ilə bağlıdır. Son zamanlar ailələr 1 və 2 uşaqla kifayətlənir. Birinci uşağın abort edilməsi şansı olmadığına görə selektiv abort Azərbaycanda tədricən azalacaq.
Qızların oğlanlara nisbətən say azlığı əsasən 29-30 yaşa qədər insanlar arasındadır. 30 yaşdan yuxarı əhali arasında isə qadınlar çoxluq təşkil edir. Yaşlı nəsildə isə birmənalı şəkildə qadınlar böyük say üstünlüyünə malikdirlər. Beləliklə, ümumi əhali üzrə hər 100 kişiyə 109 qadın düşür. Ona görə də Azərbaycanda kişilərin qadınlara nisbətən daha çox olması ilə bağlı ciddi bir problem yoxdur.
Orta perspektivdə selektiv abort ölkəmizdə indiki qədər populyar olmayacaq. 
Çünki yaxın gələcəkdə ailədə 1 və yaxud 2 uşağa üstünlük veriləcək. Belə vəziyyətdə ilk uşağın abort edilməsi riskli hesab edilir. İkinci uşaqda isə risk 30 faizdən yüksəkdir. Lakin ailədə 1 və yaxud 2 uşağın olması son nəticədə əhalinin azalmasına səbəb olacaq. Çalışıb çoxuşaqlılığı təşviq etmək lazımdır. Nəzərə alaq ki, 2023-cü ildə əhalinin təbii artımı əvvəlki illə müqayisədə 15 faiz aşağı düşüb. Bu mənada, ölkəmiz üçün demoqrafik artım zəruridir”.  
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Yanvar 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri