Icma.az
close
up
RU
Dünyada nə qədər insan heç vaxt internet istifadə etməyib? Şok rəqəmlər

Dünyada nə qədər insan heç vaxt internet istifadə etməyib? Şok rəqəmlər

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin son hesabatı, dünya əhalisinin nə qədər böyük bir hissəsinin rəqəmsal dövrün hələ də kənarında qaldığını ortaya çıxarıb. 

Qaynarinfo xəbər verir ki, internetə çıxışı olmayan nəhəng kütlənin 96 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hesabat göstərir ki, zəngin və kasıb ölkələr arasında "bağlantı uçurumu” hələ də çox dərindir.

Artıq demək olar ki, hər kəs günün 24 saatı onlayndır. Lakin Birləşmiş Millətlərə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən hazırlanan hesabat, dünya əhalisinin dörddə birindən çoxunun internetdən heç istifadə etmədiyini göstərir.

ITU-nun məlumatına görə, hazırda təxminən 6 milyard insan internet xidmətlərindən istifadə edir. Bu, 2024-cü ildəki 5,8 milyard istifadəçi ilə müqayisədə 200 milyon artım deməkdir. Lakin bütün bu artıma baxmayaraq, 2,2 milyard insan hələ də tamamilə offlayn vəziyyətdədir.

İTU-nun illik "Həqiqətlər və Rəqəmlər” araşdırması göstərir ki, 2024-cü ildə internetdən heç istifadə etməyənlərin sayı 2,3 milyard idi və azalma çox cüzi olub. Bu vəziyyət, dünya əhalisinin 96 faizini əhatə edən 3G mobil şəbəkələrinə baxmayaraq yaşanır.

Hesabat göstərir ki, internetə çıxışı olmayan 2,2 milyard insanın böyük əksəriyyəti dünyanın ən yoxsul bölgələrində yaşayır. Bu insanların 96 faizi aşağı və ya orta gəlirli ölkələrdədir.

İnternetə çıxış sahəsində böyük irəliləyişlər olsa belə, hesabatın müəllifləri zəngin və kasıb ölkələr arasında hələ də böyük bir "bağlantı boşluğu”nun qaldığını bildirirlər. Adam başına düşən orta gəlirin 1.135 dollardan aşağı olduğu aşağı gəlirli ölkələrdə insanların yalnız 23 faizi internet istifadəçisidir.

Regionlara nəzər salsaq, insanların cəmi 36 faizinin onlayn olduğu Afrika, açıq şəkildə internet istifadəsinin ən aşağı olduğu bölgədir. Onu 70 faiz göstərici ilə Ərəb Dövlətləri, 77 faizlə Asiya-Sakit okean regionu izləyir. Digər tərəfdən, Avropa və Amerika qitələrində insanların cəmi 8–12 faizi internet istifadəçisi deyil. Adam başına düşən orta gəlirin 13.935 dollardan yüksək olduğu "yüksək gəlirli” ölkələrdə isə əhalinin 94 faizi onlayndır.

ITU-nun Baş Katibi Doreen Bogdan-Martin deyir: "Rəqəmsal texnologiyaların gündəlik həyatın bir çox sahəsində əsas rol oynadığı dünyada hər kəs onlayn olmağın faydalarından yararlanmalıdır”.

O, rəqəmsal uçurumun artıq yalnız mövcudluqla deyil, həm də sürət, etibarlılıq, əlçatanlıq və rəqəmsal bacarıqlarla ölçüldüyünü vurğulayır.

Hesabat göstərir ki, ölkələrin öz daxilində belə fərqli sosial qruplar arasında internetə çıxış baxımından böyük fərqlər var. Gözlənildiyi kimi, dünya üzrə gənclər yaşlılara nisbətən daha çox internetdən istifadə edir. 15–24 yaş arasında bu göstərici 82 faizdirsə, ümumi əhali üzrə bu rəqəm 72 faizdir. Bu uçurum Afrika kimi internetin az yayıldığı ərazilərdə daha da böyüyür. Bu regionda gənclərin yarısı internetdən istifadə etdiyi halda, ümumi əhalinin yalnız üçdə biri onlayndır.

Kənd və şəhər əraziləri arasında da böyük fərqlər var — kənd yerlərində əhalinin demək olar ki, yarısı (42 faiz) internetdən heç istifadə etməyib. Şəhərlərdə isə bu göstərici 85 faizdir. Hətta internetin geniş yayıldığı Avropada belə, kənd yerlərində insanların 13 faizi hələ də internetə qoşulmayıb.

Bu qədər böyük bərabərsizliklərin, dünya üzrə internetə çıxış göstəricilərindəki ümumi yaxşılaşmalara baxmayaraq davam etməsi düşündürücüdür. 2018-ci ildə dünya əhalisinin yarısı artıq onlayn idi. COVID-19 dövründə kəskin artım olsa da, 2022-ci ildə hələ də əhalinin 37 faizi internetdən heç istifadə etməmişdi.

ITU Telekommunikasiya İnkişaf Bürosunun rəhbəri Cosmas Zavazava bildirir ki, etibarlı məlumatlar effektiv rəqəmsal siyasətlərin və "dünyanı birləşdirmə” vizyonunun əsasını təşkil edir: "Birlikdə çalışaraq və resursları ehtiyacın ən çox olduğu yerə yönəldərək heç kimin geridə qalmamasını və hər kəsin rəqəmsal dövrün imkanlarından tam və təhlükəsiz şəkildə yararlanmasını təmin edə bilərik”.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri